Qırmızı.az
Hacı İbrahim: “Borcumu qaytaran kimi təyyarə alacam”
“Avesta Concern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin yeni sədri Elmar Məmmədovla görüşmək istəyir. Bu barədə Publika.az-a hacı İbrahim Nehrəmli özü bildirib.
Yeni rəhbəri bu vəzifəsinə görə təbrik etdiyini vurğulayan Hacı İbrahim görüş zamanı bankdan götürdüyü kreditlə bağlı söhbət etmək niyyətindədir. İş adamı Azərbaycan Beynəlxalq Bankının yeni rəhbərinin atasını yaxşı tanıdığını da söyləyib: “Mən təzə rəhbərin atası Mamed kişini yaxşı tanıyıram, o çox hörmətli adamdır, mənim də ona böyük hörmətim var. İnanıram ki, o da atası kimi yüksək peşəkarlığa malik olan adamdır. Əminəm ki, o, yeni vəzifəsinin öhdəsindən çox uğurla gələcək. Digər tərəfdən isə onu deyim ki, hər kəs banklardan götürdüyü kreditləri vaxtında qaytarmaqda məsuliyyətli olmalıdır. Banklar isə pulları qaytarması üçün öz müştərilərinə kömək etməlidir, qapıları müştərilərin üzünə bağlamamalıdırlar. Bu cür qarşılıqlı əməkdaşlıqdan həm bank qazanır, həm də müştəri öz biznesini inkişaf etdirə bilir”.
Hacı İbrahim hazırda heç bir bahalı yaxta və ya təyyarəyə malik olmadığını da söyləyib: “Hazırda mənim heç bir bahalı yaxtam və ya təyyarəm yoxdur, hamı kimi mən də sadə həyat tərzi sürürəm. İnşallah dövlətə olan borcumu qaytarandan sonra özümə yaxşı təyyarə, avtomobil və yaxta alacam. Əsas dövlətə olan borcları qaytarmaqdır”.
İş adamı əlavə edib ki, hazırda yalnız Azərbaycan Beynəlxalq Bankına borcu qalıb: “Digər banklardan götürdüyüm kreditləri artıq bağlamışam, inşallah Beynəlxalq Bankdan götürdüyüm kreditləri də bağlayacam”.
Vasif Həsənli
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu