Gənc alimlər üçün təqaüd proqramı
Bizi izləyin

Qırmızı.az

Gənc alimlər üçün təqaüd proqramı

Gənc tədqiqatçılar üçün PhD, Sandwich PhD və Post-Doctoral elmi dərəcələri üzrə təqaüd proqramı elan olunub.

AMEA-dan Publika.az-a verilən məlumata görə, Braziliyanın müxtəlif universitetlərində və tədqiqat institutlarında təhsil almaq imkanı yaradan proqramda gənc tədqiqatçılara aqrar elmlər, biologiya elmləri, tibb və səhiyyə elmləri, kimya elmləri, mühəndislik elmləri, riyaziyyat, ehtimal və statistika, kompüter elmləri, fizika, astronomiya və yerşünaslıq, okeanoqrafiya sahələri üzrə təqaüdlər təklif edilir.

2016-cı il üçün nəzərdə tutulan təqaüd proqramı Braziliya Elm, Texnologiya və İnnovasiya Nazirliyinin nəzdində fəaliyyət göstərən Elmi və Texniki İnkişaf üzrə Milli Şura (CNPq) və Ümumdünya Elmlər Akademiyasının (TWAS) birgə təşkilatçılığı ilə həyata keçirilir.

Sandwich PhD üzrə 30, PhD üzrə 20, Post-Doctoral üzrə isə 10 təqaüd yeri nəzərdə tutulub. Sandwich PhD dərəcəsi üzrə təhsil müddəti 6-12 ay, PhD dərəcəsi üzrə 48 ay, Post-Doctoral dərəcəsi üzrə 6-12 aydır. İştirakçıların proqram dövründə bütün xərcləri və təqaüdlər CNPq tərəfindən ödəniləcək.

CNPq-TWAS proqramına ərizələrin qəbulu avqustun 24-də başa çatır. Nəticələrin elan olunması noyabr ayında, proqramın həyata keçirilməsi isə 2016-cı ilin mart ayından etibarən nəzərdə tutulur. Proqram və şərtlər haqqında ətraflı məlumat, habelə iştirak üçün ərizə formaları bu linkdə - http://twas.org/opportunity/twas-cnpq-postgraduate-fellowship-programme verilib.

Əlavə məlumat almaq istəyən AMEA-ının Elm və Təhsil İdarəsinə müraciət edə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm