• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycan məhkəməsinin qərarı Facebook-un qurucusuna göndərildi

Azərbaycan məhkəməsinin qərarı Facebook-un qurucusuna göndərildi

Nərimanov rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin “Facebook” sosial şəbəkəsinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, prosesdə İlham Mirzəyevin iddiası təmin edilib. Məhkəmə “Facebook” sosial şəbəkəsində “İlham Mirzəyevin yalanları” səhfəsinin bağlanması ilə bağlı qərar qəbul edib.

Bundan əlavə, məhkəmə İlham Mirzəyevin tutdurduğu Asif Əliyevin anası Lyudmilia Əliyevanın müsahibələrinin təkzib edilməsi və internet saytlardan çıxarılması, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin təkzib verməsi ilə bağlı qərar qəbul edilib.

İlham Mirzəyevin Lyudmilila Əliyevanın 160 min manat cərimə olunması ilə bağlı iddiası qismən təmin edilib. Məhkəmə Lyudmilia Əliyevanın 2 min manat cərimə edilməsi barədə qərarını açıqlayıb.

Qeyd edək ki, bir müddət əvvəl İlham Mirzəyev sosial şəbəkəyə qarşı Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi göndərib. Teleaparıcı İlham Mirzəyevin məhkəməyə göndərdiyi iddia ərizəsin ilə “Facebook” sosial şəbəkəsi ilə yanaşı “Yeni Müsavat” və “Azadlıq qəzetləri, Yasamal rayon Məhkəməsində mühakimə olunan Asif Əliyevin anası Lyudmilia Əliyeva da məhkəməyə çəkilib.

Teleaparıcı şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edib və cavabdehlərdən təzminat tələb edib.

Qeyd edək ki, Asif Əliyev İlham Mirzəyevin şikayəti əsasında həbs edilib. Teleaparıcı iddia edib ki, Asif Əliyev onu hücum edib və sağlamlığına xəsarət yetirib. Lakin Asif Əliyev belə bir hadisənin olmadığını və İlham Mirzəyevin ona şər atdığını deyir.

Asif Əliyevin anası Lyudmilia Əliyeva mətbuat orqanlarında çıxış edərək İlham Mirzəyevin oğlunu şərlədiyini deyib. Bundan başqa, İlham Mirzəyev “Facebook”da haqqında olan səhflərin ləğv edilməsini istəyib.

“Facebook” sosial şəbəkəsində “İlham Mirzəyevin yalanları” səhfəsinin bağlanması ilə bağlı məhkəmə qərarı icra edilməsi üçün Mark Elliot Zukerberqə göndəriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR