Millət vəkili dağ kəndində məktəb tikdirib
Bizi izləyin

Qırmızı.az

Millət vəkili dağ kəndində məktəb tikdirib

Millət vəkili Elxan Süleymanov Şamaxı rayon mərkəzindən 30 km aralıda yerləşən ucqar Ərçiman kəndində öz təşəbbüsü və dəstəyi ilə yeni məktəb inşa etdirib.

Publika.az xəbər verir ki, millət vəkil inşa etdirdiyi yeni məktəb binasının baş çəkib və yerli sakinlərlə görüşüb.

Dəniz səviyyəsindən 1500-1550 m hündürlükdə yerləşən Ərçiman kəndindəki Cavanşir İslamov adına məktəbin yeni korpusunun açılışı dərs ilinin ilk günündə baş tutacaq.

E. Süleymanov hər il olduğu kimi bu il də yüksək balla ali məktəblərə daxil olmuş gənclər, onların valideynləri, müəllimləri ilə görüşüb. Görüş millət vəkilinin Şamaxıdakı qərargahında baş tutub.

Ölkənin aparıcı ali təhsil müəssisələrində oxuyacaq Elimxan Cəbrayılovu, Turab Eybalıyevi, Mehriban İsgəndərovanı, Şikar Zərbalıyevi, Nərgiz Məmmədovanı, Ağaxan Mehrəliyevi, Mətləb Qarayevi, Tural Bayramlını və Yusif Abdullayevi təbrik edən Elxan Süleymanov gənclərin hər birinə özünün 2011-ci ildə təsis etdiyi, yüksək balla ali məktəbə daxil olan gənc şamaxılılara verdiyi aylıq təqaüdü təqdim edib.

Tədbirdə rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev də çıxış edib, Şamaxıda ildən-ilə yüksək balla ali məktəbə daxil olan gənclərin sayının artmasını vurğulayıb. Şamaxı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ismayil Manafov da Şamaxı təhsilindən danışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm