Azərbaycan Dövlət İqtisad Universitetində yeni təyinat
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Dövlət İqtisad Universitetində yeni təyinat

İqtisad elmləri namizədi, dosent Şaiq Əhəd oğlu Əsgərov Azərbaycan Dövlət İqtisad Universitetinin Təşkilati və inzibati işlər üzrə prorektoru təyin olunub.

Bu barədə Publika.az-a Azərbaycan Dövlət İqtisad Universitetindən məlumat verilib.

Şaiq Əsgərov elmi-tədqiqat və tədris işləri ilə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ticarət” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 2001-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində işləyib.2006-2015-cı illərdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini olub. 2007-ci ildən Respublika Təhsil Şurası İdarə Heyətinin üzvüdür.

Azərbaycan Dövlət İqtisad Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya şurasının üzvüdür.

Prezidentin 4 fevral 2013-cü il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm