ADU və Hacettepe Universiteti arasında niyyət protokolu imzalandı
Bizi izləyin

Qırmızı.az

ADU və Hacettepe Universiteti arasında niyyət protokolu imzalandı

Martın 14-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Türkiyənin Hacəttəpə Universitetinin və Fransanın Strasburq Universitetinin nümayəndələrini qəbul edib.

ADU-nun mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, rektor Səməd Seyidov qonaqları salamlayaraq onları ADU-da görməkdən məmnunluğunu bildirib. ADU-nun Strasburq və Hacettepe Universitetləri ilə əlaqələrinin hərtərəfli və uzunmüddətli əlaqələrin qurulması məqsədini daşıdığını deyib. Rektor universitetin üçtərəfli əlaqələri qurmaqla Azərbaycan təhsil sisteminə yeni bir ideya və məzmun gətirdiyini sözlərinə əlavə edib. O, Fransanın Azətrebaycandakı səfirliyinin ADU-nun Fransa universitetləri ilə əlaqələrinə hər zaman dəstək verdiyini və əməkdaşlığa diqqət göstərdiyini xatırladıb.

Strasburq Universitetinin nümayəndəsi Ekart Hötzel səmimi qəbula görə təşəkkür edib. O, layihənin başladığı ilk illərdən bu yana bu layihənin reallaşmasında görtərdiyi dəstəyə görə rektor Səməd Seyidova təşəkkür etdi. Bu layihənin tələbələr üçün böyük imkanlar açdığını və layihənin əsas hissəsinin onların payına düşdüyünü vurğulayan qonaq bu layihənin ADU tələbələrinin biliklərinin dərinləşməsinə yardımçı olacağını bildirdi.

Türkiyənin Hacettepe Universitetinin nümayəndəsi Alper Altay da, öz növbəsində, üçtərəfli həyata keçirilən ADU-Hacettepe-Strasburq universitetləri arasında əməkdaşlığın uğurla davam etdiyini bildirib. O, təmsil etdiyi Hacettepe Universitetində hazırda 57 azərbaycanlı tələbənin təhsil aldığını da vurğulayıb. Görüşdə, həmçinin gələcək əməkdaşlıq məsələləri, layihələrin davam etdirilməsi, tələbə-müəllim mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.

Sonda ADU və Hacettepe Universiteti arasında Mövlana mübadilə proqramı üzrə niyyət protokolu da imzalanıb. Xatırladaq ki, 2010-cu ilin aprel ayında Türkiyənin Hacəttəpə Universitetində bu təhsil ocağı ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlığa dair protokol imzalanmışdı. Protokolda müəllim və professor heyətinin birgə mühazirələr və seminarlar təşkil olunması məqsədi ilə qarşılıqlı səfərlərinin təşkili, ümumi bakalavr və magistr proqramlarının hazırlanması və həyata keçirilməsi, elmi konfransların keçirilməsi, birgə elmi nəşrlərin dərc olunması nəzərdə tutulur.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm