Gənc yazar Təhsil Nazirliyinə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

Gənc yazar Təhsil Nazirliyinə müraciət etdi

Gənc yazar Əvəz Qurbanlı facebook sosial şəbəkəsi vasitəsilə Təhsil Nazirliyinə və Milli Məclisə müraciət edib.

Publika.az-ın məlumatına görə, Əvəz Qurbanlı şagirdlərin dərs zamanı parta arxasında oturuş qaydaları ilə bağlı təkliflə çıxış edib:

"Milli Məclisə, Təhsil Nazirliyinə və mövzu ilə bağlı digər səlahiyyətli qurumlara təklifim var. Yapon məktəbindən çəkilmiş bu şəkildə çox ibrətamiz metoddan istifadə edilir: partaya qoyulmuş süni maneə şagirdlərin yazı yazarkən qarşı tərəfə çox əyilməsinə imkan vermir və bununla da onların onurğa sütununun düzgün inkişafı təmin edilir. Azərbaycanda da bu üsuldan istifadə edilərsə, çox sevindirici olar. Beləliklə, sağlam gələcəyimizi formalaşdırmaq üçün çox önəmli bir addım atmış olarıq.


Qlobal yeniliklərin, inkişaf edən texnologiyaların müasir insanı daha çox oturaq işə vadar etdiyi bir dövrdə bel-onurğa xəstəliklərinin kəskin artması bütün dünyada olduğu kimi, Azərbaycanda da qabarıq şəkildə hiss edilir. Bu fəlakətin qarşısını almaq üçün indidən tədbirlər görməliyik ki, sonra bədəlini ağır şəkildə ödəməyək", - deyə Əvəz Qurbanlı öz statusunu tamamlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm