• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Şərəfli 45 il... - FOTOLAR

Şərəfli 45 il... - FOTOLAR

Bu gün Qarabağ döyüşlərinin qəhrəmanı, sağlamlığını itirmiş, kəşfiyyatçı-döyüşçü, "Azərbaycan Bayrağı” ordenli İbad Hüseynlinin 45 illik yubileyi qeyd olunub.

“Nə qədər Qarabağ torpaqları alınmayıb, şad günlər bizə yaraşmaz” deyən İ.Hüseynli 25 ildir doğum gününü qeyd etmir.

Publika.az xəbər verir ki, İ.Hüseynli bugünkü tədbiri də ad günü kimi qəbul etmədiyini və tədbiri doğum günü qeyd etmək məqsədilə keçirilmədiyini qeyd edib. “Bir müddət əvvəl Türkiyədə mənim adımı Ankarada küçəyə və Qaziantepdə parka verdilər. O zaman Türkiyədə bir sıra görüşlər keçirdik. Oradakı dostlar ad günümə gəlmək istədilər. Mən ad günü qeyd etmirəm, sadəcə dostların istəyini qırmamaq üçün bir tədbir keçirdik. Təqvimlə doğum günü oktyabrın 18-dir, sadəcə formal olaraq bu tədbirin adını ad günü ilə əlaqələndirdilər”.

Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə İ.Hüseynovun ad gününün Müstəqillik Günün ilə üst-üstə düşməsinin çox mənalı bir bənzərlik olduğunu dedi. “İbad özünü daxilində bəlkə də, qəhrəman hesab etmir. Lakin o əsl qəhrəmandır, o Azərbaycan xalqının qəhrəmanlıq simvoludur. Ondan sonra igidlik göstərmiş qəhrəmanlar hamısı əslində bir İbad Hüseynovdur. Başqa-başqa rayonlarda, başqa adlarda döyüşüblər”.

Millət vəkili Elman Məmmədov qəhrəmanın haqqında millət vəkili yox, onun döyüşçü yoldaşı kimi danışacağını deyib: “Müharibəni görməyən bəlkə də, İ.Hüseynovun qəhrəmanlığını təsəvvür edə bilməz. İbad düşmənin üzərinə gözünü qırpmadan, sonunu düşünmədən gedib. İbad düşməni, dünyada ad çıxartmış terrorçunu öz yuvasında diz çökdürdü.Bu azərbaycanın düşmənlərinə bir mesaj idi. Azərbaycanda İbadlar tək deyil, onun qəhrəmanlığı bugünkü gənclərimizə bir mesajdır. İbad son sözünü Qarabağ müharibəsində yenidən deyəcək”.

Səbəbkarın qardaşı, Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynli bildirib ki, Xocavənd istiqamətində bütün döyüşlərdə öndə gedən, əməliyyatları həyata keçirən İbad Hüseynov idi. “İbad Hüseynov şəhidlərin xatirə lövhəsində öz çəklini vurmuşdu. O sağlığında da özünü şəhid hesab edir. Bu gün müharibədən danışmaq çox asan gələ bilər, lakin onun günlərlə mühasirədə qaldığı günlər olub. O an mən İbadın sağ qalmasından daha çox, yanındakıları sağ çıxartmasını arzu edirdim. O sonuncu dəfə yaralananda sağ qalmasına inam yox idi. Amma mümkünsüzü etdi, sağaldı”.

Türkiyəli millət vəkili Məhməd Sağlam İbad Hüseynilini sadəcə azərbaycanın deyil, türk dünyasının qəhrəmanı hesab etdiklərini dedi. “Buna görə də, onun türk dünyası gənclərinə nümunə olması üçün çalışırıq.Hesab edirəm ki, gənclərə İbad Hüseynli kimi qəhrəmanların tanıdılmasına ehtiyac var”. Tənzilə Rüstəmxanlı Türkiyənin davasının Azərbaycanın davası olduğunu bildirib: “İbad Hüseynov türk dünyasının igidi olduğu kimi, PKK-nı məhv edən Türkiyə şəhidləri də Azərbaycanın şəhidləridir”.

Qeyd edək ki, İ.Hüseynli Qarabağın müdafiəsi üçün xüsusi könüllülər dəstəsi yaradıb. Döyüşlər zamanı 15 km düşmən tərəfə yaxınlaşıb, səngərlər qazıb, əsgərlərini yerləşdirib geri dönərkən tank əleyhinə minaya düşüb. Sağ ayağı, sol qolu iflic olsa da, iradəsi sayəsində idmanla məşğul olaraq özünü sağaldıb.

Onu da bildirək ki, İ.Hüseynovun yubiley tədbiri adlarının hallanmasını istəməyən bir neçə şirkətin və təşkilatın maddi və mənəvi dəstəyi ilə baş tutub. Qəhrəmanın yubileyi münasibətilə təşkil olunan tədbirdə bir çox ziyalılar, dövlət adamları ilə yanaşı, millət vəkilləri və yazarlar qatılıblar.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR