Ağdamda yardımçı tikilidə yanğın baş verib
Bizi izləyin

Qırmızı.az

Ağdamda yardımçı tikilidə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağdam rayonu, Rzalar kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağdam rayonu, Rzalar kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə və içərisinə yığılmış 1.5 ton ot bağlaması yanıb. Yanğın zamanı ev sahibi yüngül yanıq xəsarəti alıb.

Tikilinin qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub. Yanğın saat 17: 12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Hacıqabul rayonu, Muğan kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 90 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17: 16-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Yasamal rayonunda isə ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzilin pəncərə çərçivəsi 2 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17: 20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm