İlham Mirzəyev məhkəməyə gətirildi
Bizi izləyin

Qırmızı.az

İlham Mirzəyev məhkəməyə gətirildi

Bu gün Yasamal rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Bu gün Yasamal rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Publika.Az xəbər verir ki, hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə İlham Mirzəyevin məhkəməyə gəlmədiyi müəyyən edilib. Hakim deyib ki, İlham Mirzəyevin iştirakı olmadan prosesin davam etdirilməsi mümkün deyil. Hakim prorsesdə fasilə elan edib və İlham Mirzəyevin məhkəməyə gəlməsinin vacib olduğunu deyib. Teleaparıcının nümayəndəsi onunla əlaqə saxlayıb. Təxminən 20 dəqiqədən sonra İlham Mirzəyev məhkəməyə gəlib.

Proses başlanan kimi Asif Əliyevin vəkilləri vəsatətlə çıxış edib. Cavanşir Süleymanov deyib ki, ötən ilin dekabrın 27-də məhkəmənin dəftərxanasına vəsatət təqdim edib. Həmin vəsatət müdafiə tərəfinin sübutların araşdırılması və əlavə şahidlərin dindirilməsi ilə bağlı olub. Hər iki vəsatət baxılmamış saxlanılıb.

Daha sonra Asif Əliyevin digər vəkili Abuzər Müətllimov deyib ki, bəzi sənədlər qanun pozuntusu ilə araşdırılıb və yolverilməz yolverilməz sübut hesab edilir. O, həmin sənədlərin məhkəmə araşdırmasından çıxarmasını xahiş edib. Vəkil bildirib ki, Reyhan Zərdabinin ifadələrinin yerində yoxlanılmasına dair protokol kobud pozuntuları ilə keçirilib: “İfadələrin yerində yoxlanılması qaydalarına zidd olaraq, orada, qanunsuz olaraq mütəxəssis-ekspert qismində İlham Mirzəyev iştirak edib. Reyhan Zərdabi isə ifadələri İlham Mirzəyevin göstərişlərinə və öyrətmələrinə əsasən verib. İfadələrin yoxlanılmasına dair 00502№-li protokol CPM-nin 261-ci maddəsinin tələbləri pozulmaqla tərtib olunub, orada məcburi atributlar yoxdur. Sara.Hüseynovanın ifadələrinin yerində yoxlanılması kobud pozuntuları ilə keçirilib”.

Vəkil daha sonra qeyd edib ki, İlham Mirzəyevin barəsində psixiatrik ekspertizanın rəyi alınanadək onun iş üzrə məhkəməyə qədər icraat dövründə verdiyi ifadələr yolverilməz hesab edilsin və iş üzrə sübut qismində qəbul edilməsin. Vəkil daha sonra əlavə edib ki, Asif Əliyevin bilmədiyi dildə tərtib edilmiş və təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmaqla əldə edilmiş əcnəbi dillərdə tərtib olunmuş sənədlər yolverilməz sübut qismində məhkəmə araşdırmasından çıxarılmalıdır.

Prokuror Rizvan Soltanov vəsatətə münasibət bildirmək üçün vaxt istəyib. Buna görə də vəkilin vəsatəti müzakirə edilməyib. Daha sonra İlham Mirzəyevin vəkili Asif Əliyevin adına olan əmlakların üzərinə həbs qoyulmasını istəyib. O, deyib ki, istintaq dövründə mülki iddia veriblər və onlar mülki iddiaçı kimi tanınıblar. Vəkil həmçinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilməsi və Asif Əliyevin adına olan daşınmaz əmlakların müəyyən edilməsini istəyib. Hakim İlham Mirzəyevin vəkilinin əmlaka həbs qoyulması ilə bağlı vəsatəti baxılmamış saxlayıb. Hakim deyib ki, vəsatətdə əmlaklar dəqiq müəyyən edilməyib. Vəkilin digər vəsatəti təmin edilib və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm