60 nəfər NLP Master seminarlarında iştirak edib
Bizi izləyin

Qırmızı.az

60 nəfər NLP Master seminarlarında iştirak edib

“İrəli” Təlim və Karyera Mərkəzi və Beynəlxalq imtiyazlı NLP Master Babək Bayramovun birgə layihəsi olan “NLP | Neyro Linqvistik Proqramlaşdırma” layihəsinin seminarları yekunlaşıb.

Publika.Az-ın məlumatına görə, layihə çərçivəsində keçirilən ikinci seminar - “Çarəsizlik öyrənilir, eyni zamanda çarə tapmaq da öyrənilə bilər”, “Sadəcə ölüm qorxusu ahəqiqidir, qalan qorxular illuziyadır”, “Gözlərə baxaraq düşüncələrin istiqamətini müəyyənləşdirmək olar”, “Hamımız ictimai hipnozun təsiri altındayıq”, “Biz istəməsək heç kim bizi xoşbəxt edə bilməz, eyni zamanda biz icazə verməsək heç kim bizi narahat edə bilməz”, “Malik olduğumuz bacarıqları istifadə edən şəxs sadəcə biz özümüzük” mövzuları əhatə edib.

Sonuncu seminar – “Edə biləcəklərimiz, etdiklərimizdən hər zaman çoxdur”, “Hədəflərimizi hissələrə bölməli, sonra bu hissələri birləşdirməliyik”, “Hamımız şüuraltı səviyyədə seçdiyimiz həyatı yaşayırıq”, “Düşünmə prosesimiz, düşüncə qəliblərimiz əsasında gedir”, “Ünsiyyət, danışmaqla deyil, qavrama ilə başlayır” mövzuları əhatə edib.

Yüksək fəallıqla keçən hər iki seminarın sonunda NLP Master Babək Bayramov iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, dünyada ən tanınmış və bahalı təlim paketlərindən olan NLP seminar proqramı Azərbaycanda ilk dəfə tam ödənişsiz şəkildə “İrəli” Təlim və Karyera Mərkəzinin təqdimatında start verilib. “NLP | Neyro Linqvistik Proqramlaşdırma” layihəsinə 270 müraciət olunub və 60 iştirakçı layihədə iştirak hüququ qazanıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm