“Vətənini Sev” layihəsi təqdim olunub
Bizi izləyin

Qırmızı.az

“Vətənini Sev” layihəsi təqdim olunub

“Vətənini Sev” layihəsi təqdim olunub

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Beyləqan rayonunda “Vətənini Sev” layihəsi həyata keçirilib. Tədbirdə layihə rəhbəri Bəxtiyar Rəhimov, Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndəsi Nicat Əliyev, gənclər idman İdarəsinin nümayəndəsi Vəliyev Oruc və Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişaf İctiami Birliyinin sədri Zaur Quliyev iştirak edib.

B.Rəhimov layihə haqqında danışıb. Son illərdə ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışan natiq gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsinin çox önəmli olduğunu vurğulayıb. O, bildirib ki, layihənin keçirilməsində məqsəd vətənimizin tarixini, onun şərəfli səhifələrini, ağır dövrlərini gənc nəsil arasında təbliğidir. Hədəf Azərbaycan həqiqətlərini, Ermənistan silahlı birləşmələri tərərfindən işğal olunmuş torpaqlarımızı, Xocalı soyqırımını, Qanlı 20 Yanvarı unutmamaq, Milli Qəhrəmanlarımızı tanıtmaq və gələcək nəsillərə çatdırmaqdır. B.Rəhimov qeyd edib ki, Azərbaycan gənclərinin yaddaşında bu tariximiz heç vaxt silinməməlidir.

Tədbirin sonunda iştirak edən gənclərə “Vətəni Sev” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Bayrağı təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm