Qırmızı.az
Bu xəbərlərin əksəriyyəti hərbi sahədə dövlət sirridir - Müdafiə Nazirliyinin müraciəti
Müdafiə Nazirliyi kütləvi informasiya vasitələri, ictimaiyyət nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib.
Publika.Az nazirliyin saytına istinadən xəbər verir ki, müraciətdə son vaxtlar Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif məzmunlu məlumatlar dərc olunduğu, elektron mediada və sosial şəbəkələrdə yerləşdirildiyi bildirilir: "Bu xəbərlərin əksəriyyəti hərbi sahədə dövlət sirri təşkil edən məlumatlar olmaqla hərbi hissələrin dislokasiya yerləri, komandanlıq və xidmət üzrə yerdəyişmələr barədə informasiyaları əhatə edir.
Bundan əlavə 2013-cü ilin oktyabr ayının sonunda Müdafiə naziri ilə heç bir əlaqəsi olmayan facebook.com sosial şəbəkəsində "General-Polkovnik Zakir Həsənov" adlı səhifə yaradılıb.
Təssüflər olsun ki, Müdafiə Nazirliyi tərəfindən ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinə Silahlı Qüvvələr haqqında məlumatlar yayarkən dövlət sirlərinin qorunmasına daha həssaslıqla və anlayışla yanaşmaları dəfələrlə tövsiyə edilməsinə baxmayaraq, vəziyyət bu gün də dəyişməz olaraq qalır.
Bunun nəticəsində isə əksər hallarda düşmən kəşfiyyatı yayılan informasiyaların köməyi ilə Silahlı Qüvvələrimiz haqqında məlumatları (komandanlıq, şəxsi heyət, hərbi hissələrin yerləri və s.) heç bir çətinlik çəkmədən toplamaq imkanı əldə edir.
Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə təkidlə müraciət edərək hərbi hissələrin nömrələrinin, təyinatının, dəqiq dislokasiya yerlərinin göstərilməsinin, Silahlı Qüvvələrdə təyin edilmə və xidmət üzrə yerdəyişmə barədə məlumatlarda şəxslərin adının, soyadının, hərbi rütbəsinin, vəzifəsinin və barələrində digər fərdi məlumatların yayılmasının yolverilməzliyini bir daha diqqətə çatdırır, bu məsələlərə milli təhlükəsizlik mənafelərinin qorunması baxımından yanaşaraq vətəndaş mövqeyindən çıxış etmələrini xahiş edir".
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu