Qırmızı.az
Ödənişli ixtisaslara qəbul yeni qaydalar əsasında aparılacaq
Azərbaycanda 2016-cı ildə ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbulla bağlı bəzi dəyişikliklər edilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev APA-ya deyib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”ına əsasən, Nazirlər Kabineti 2015-2016-ci illərdə mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanmasını və təsdiq üçün təqdim olunmasını təmin etməlidir. Yeni qəbul və yerləşdirmə mexanizmi hər bir ali təhsil müəssisəsinə onun potensial imkanları (tədris bazası, professor-müəllim heyəti və s.) çərçivəsində mütəxəssis hazırlığı aparmasına dəstək verməlidir. Bundan əlavə, yalnız minimal müsabiqə şərtlərini ödəyən abituriyentlər müsabiqə yolu ilə ali təhsil müəssisəsinin potensial imkanları çərçivəsində müəyyənləşdirilən say nəzərə alınmaqla qəbul olunmalıdır ki, yeni mexanizm təhsilin və mütəxəssis hazırlığının keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarmasın.
N. Əliyev qeyd edib ki, bu dəyişiklik cəmiyyətdə səhv başa düşülür: “Elə başa düşülür ki, ödənişli plan ləğv olunubsa, artıq ali məktəblərdə ödənişli təhsil yoxdur. Amma bu, belə deyil. Sadəcə, qəbul planının adı dəyişib. İndiyədək ali təhsil müəssisələrinin ödənişli təhsilə qəbul planını Nazirlər Kabineti verirdi. Bundan sonra ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsilə qəbul planını özləri müəyyənləşdiriləcək. Məsələn, hər ali məktəb müəyyən edəcək ki, nə qədər ödənişli təhsil üzrə kadr hazırlaya biləcək. Həmin təhsil müəssisəsinin imkanlarına görə onlara ödənişli yerlər veriləcək. Ali məktəblərdə ödənişli təhsil yenə də olacaq, sadəcə mexanizm dəyişib”.
TQDK rəsmisi qeyd edib ki, ödənişli yerlərə qəbul üçün müsabiqə vəziyyəti olduğu kimi qalacaq. “Məsələn, ali məktəblərin ödənişli ixtisaslara 100 nəfəri qəbul etmək imkanı olsa da, yalnız 200 bal müsabiqə vəziyyətini toplayanlar ora qəbul oluna biləcək. 200 baldan yuxarı nəticə göstərən 70 nəfər olubsa, 100 yerə yalnız həmin abituriyentlər qəbul olunacaq, qalan yerlər isə boş qalacaq”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu