Qırmızı.az
Qabiliyyət imtahanı vermək istəyənlər üçün SON GÜN
Ali təhsil müəssisələrinin V qrup ixtisasları üzrə qabiliyyət imtahanı verəcək abituriyentlərin elektron qeydiyyatdan keçməsi üçün son gündür.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumatda bildirilib ki, proses mayın 6-dan başlayıb və bu gün sona çatacaq.
Qeydiyyatdan keçmək istəyən abituriyentlər eservices.tqdk.gov.az/ erizebak/qabiliyyet internet səhifəsinə daxil olaraq seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər.
Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanlarında (cari ilin məzunları üçün buraxılış) iştirak edirlər və bu imtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyənlər qabiliyyət imtahanlarında iştirak edirlər.
Qeyd edək ki, bu il ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul zamanı əvvəlki illərdən fərqli olaraq seçmə turlar keçirilməyəcək. Bunun əvəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin elektron qeydiyyatı aparılacaq. Abituriyentlər öz ixtisas qruplarına uyğun olaraq ümumi qaydada elektron ərizə doldurub onun təsdiqini təmin etdikdən sonra TQDK‑nın saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş link vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu