341 tələbə "Qarabağ" sözünü canlandırdı - FLƏŞMOB - FOTO
Bizi izləyin

Qırmızı.az

341 tələbə "Qarabağ" sözünü canlandırdı - FLƏŞMOB - FOTO

Azərbaycan Texnologiya Universitetində fləşmob təşkil edilib.

Kəpəz TV (Region TV) xəbər verir ki, 350-yə yaxın tələbə universitetin həyətində Qarabağ sözünün təsvirini yaradıblar. Apreldə cəbhədə gedən döyüşlərdə şəhid olan əsgərlərimizin xatirəsinə həsr olunan fləşmoba hər bir tələbə böyük maraq və həvəslə qatılıb.

Eyni zamanda, tələbələr "Qarabağ bizimdir, bizim olacaq", "Şəhidlər ölməz, Vətən bölünməz" kimi şüarlar səsləndiriblər. Mərasimə toplaşanlar aprel qalibiyyətinin davamının gələcəyinə, işğal altındakı torpaqlarımızın azad ediləcəyi günün çox uzaqda olmadığına əminliklərini ifadə ediblər.

Mobil Qarayev - təşkilatçı: "Burada universitetin bütün tələbələri iştirak etmək istəyirdi. Amma 341 nəfərlə biz yazını canlandırdıq. Hər bir gəncə ruh yüksəkliyi qatıldı. Bütün bunlar da gözəl təəssürat yaradır".

Gülnar Quliyeva - tələbə: "Fleşmob məsuliyyətli iş idi. Biz Texnologiya Universiteti və Tələbə Gənclər Təşkilatı olaraq öhdəsindən gəldik. Fəxr edirik ki, layiqli işdə əməyimiz keçdi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm