• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Mərakeş səfiri ADU-da kitablarının təqdimatını keçirib

Mərakeş səfiri ADU-da kitablarının təqdimatını keçirib

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Haminin müəllifi olduğu kitabların təqdimatı olub.

ADU-nun İctimaiyyətlə əlqələr Departamentindən Publika.Az-a verilən xəbərə görə, tədbirdə çıxış edən səfir ədəbiyyatın ölkələr arasında mədəniyyətin genişlənməsi və inkişafında böyük rol oynadığını deyib. Diplomat olaraq bir sıra ölkələrdə və müxtəlif beynəlxalq təşkilatlarda çalışmış Həsən Hami öz kitablarında müşahidə etdiyi həm müxtəlif həyat hekayələrini, həm siyasi məsələləri, o cümlədən beynəlxalq münasibətlərin qurulması haqqında fikirlərini yazdığı barəsində məlumat verib.

Səfir tolerant olmağın, xalqlar arasında ünsiyyət qurmağın əhəmiyyətini qeyd etdi və insanlarla ünsiyyət qurmaq üçün diplomat olmağın vacib olmadığını sözlərinə əlavə edib. O, öz yazılarında dinin və mədəniyyətin siyasətə təsirinə toxunduğunu da vurğulayıb.

Səfir Həsən Hami hər bir xalqın öz mədəniyyətini yüksək səviyyəyə qaldırması üçün çalışmalı olduğunu bildirib. O, kitablarında akademik və bədii formada ölkələr arasında beynəlxalq münasibətlərin qurulması ilə bağlı yazdığı fikirlərini iştirakçıların diqqətinə çatdırıb. Səfir öz kitablarında, hətta münaqişədə olan ölkələr arasında belə bu münasibətlərin həll yollarının tapılması imkanlarından bəhs edib. Daha sonra səfir Həsən Hami üç dildə- fransız, ingilis, ərəb dillərində yazdığı kitablarını təqdim edərək hər bir kitab haqqında, yazılma tarixi, sujet xətti və personajları haqda ayrı-ayrılıqda məlumat verib. Azərbaycanda diplomatik xidməti dövründə yazdığı kitabı da tələbələrə nümayiş etdirən səfir əsərlərinin birində azərbaycanlı qadın surətini də yaratdığını bildirib. Tədbirdə səfir tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Sonda səfir Həsən Hami müəllifi olduğu kitabları ADU-nun Jorj Sand adına Fransa mərkəzinə və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinə təqdim edib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR