• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

“Qafqaz”ın tələbələri Olimpiadanın qalibi oldu

“Qafqaz”ın tələbələri Olimpiadanın qalibi oldu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” 2007-ci ildən mütəmadi olaraq keçirilməkdədir.

Publika.az xəbər verir ki, bu olimpiadanın məqsədi İKT sektorunun inkişafında əsas rol oynayan proqramlaşdırma sahəsinin inkişaf etdirilməsi, bu sahəyə marağın artırılması və yüksək səviyyəli proqramçıların hazırlanması prosesinə diqqəti atırmaqdır.

Bunun nəticəsidir ki, bu müsabiqənin iştirakçıları olan Ali təhsil müəssisələrinin sayı və bu təhsil müəssisələrindən seçilmiş komandaların sayı hər il artmaqdadır.

Müsabiqə əsasən iki mərhələdə aparılır. Birinci yarımfinal mərhələsində hər universitetdən müxtəlif sayda komanda (hər komandada 3 nəfər tələbə və komanda rəhbəri) iştirak edir. 2015-ci ildən yarımfinal mərhələsində hər təhsil müəssisəsindən iştirak edən komandaların sayı məhdudlaşdırılaraq maksimim 5 olmuşdur. Olimpiadanın yarımfinal mərhələsinin keçirilməsinə mütəmadi olaraq Qafqaz Universiteti ev sahibliyi etməkdədir. Müxtəlif illərdə yarımfinal mərhələsində iştirak edən ali təhsil müəssisələrinin sayı 7-22 və komandaların sayı 24-55 olmuşdur.

Yarımfinal mərhələsində müvəffəqiyyət qazanan komandalar növbəti final mərhələsinə vəsiqə qazanmış olur. 2015-ci ildən yeni qaydalara görə hər təhsil müəssisəsindən yalnız ən yüksək nəticə göstərmiş bir komanda finala vəsiqə qazana bilir. Final mərhələsi AMEA İnformasiya Texnologiyaları İnstitutunun bazasında keçirilməkdədir.

Hər iki mərhələdə iştirakçı komandalara 5 saat ərzində 8-10 alqoritmik məsələnin proqramını tərtib etmək və online avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmək tapşırığı verilir. Bu məsələləri həll etmək üçün tələbələrdən kompüter elmləri və riyaziyyatın müəyyən mövzularında (diskret riyaziyyat, ehtimal nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, qraflar nəzəriyyəsi, dinamik proqramlaşdırma, sətirlərin emalı və s. ) yüksək nəzəri biliklərə sahib olmaları və proqramlaşdırma dillərini (C, C++, Java və ya Pascal) yüksək səviyyədə bilmələri tələb olunur.

Bu il “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın yarımfinal mərhələsi 16 aprel 2016-cı il tarixində Qafqaz Universitetində keçirilib. Yarımfinal mərhələsində Respublikanın 22 ali təhsil müəssisəsindən 55 komanda iştirak edib. Bu mərhələdə iştirak edən ali təhsil müəssisələrinin ən yüksək nəticə göstərmiş bir komandası (13 ali təhsil müəssisəsindən 13 komanda) olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.

Final mərhələsi 30 aprel 2016-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilib. Müsabiqədə komandalara 10 alqoritmik məsələnin 5 saat ərzində kompüterdə proqramlaşdırılması tapşırığı verilib. Məsələlərin həlli PC2-9.2.4 avtomatik qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib.

Nəticələrə əsasən, olimpiadanın münsiflər heyətinin qərarı ilə Qafqaz Universitetinin “Qafqaz Programmers” komandası 1-ci, Bakı Ali Neft Məktəbinin “BHOS2” komandası 2-ci, eyni xal toplamış Bakı Dövlət Universitetinin “BDU-4”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Suicide Squad” və Azərbaycan Texniki Universitetinin “AzTU1” komandaları 3-cü, Milli Aviasiya Akademiyasının “NAA3” və ADA Universitetinin “ADAU_1” komandaları isə eyni sayda məsələ həll etmələrinə baxmayaraq, vaxt fərqi ilə 4-cü yerə layiq görülüb.

Qaliblər 17 may tarixində ADA Universitetində təşkil olunmuş Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə “HP”, “Azerfon” və “Caspian Telekom” şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılıb.

Qeyd etmək lazımdır ki, Qafqaz Universitetinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi altında Qafqaz Programmers komandası 6 il ardıcıl olaraq bu müsabiqənin mütləq birincisi olmuşdur. Qafqaz Proqrammers komandasının üzvü Kompüter Mühəndisliyi bölməsinin tələbəsi Məhəmməd Vəliyev təhsil aldığı müddətdə 4 dəfə ardıcıl 1-ci yeri qazanmışdır.

Məhəmməd Vəliyev: “Proqramlaşdırma ilə 6-cı sinifdə oxuyarkən tanış olmuşam. O vaxtlar sadəcə bəsit proqramlar yazmağa çalışırdım. İlk dəfə 11-ci sinifdə oxuyarkən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi İnformatika üzrə fənn olimpiadasında iştirak etmişəm və 3-cü yerə layiq görülmüşəm. Daha sonralar Qafqaz Universitetində təhsil aldığım müddətdə olimpiada ilə daha sıx məşğul olmağa başladım və ilk illərdən kiçik də olsa, müəyyən uğurlarım oldu. İlk böyük uğurum 2013-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nda komanda olaraq 1-ci yer layıq görülməyim olub. Daha sonralar Qafqaz Proqrammers komandasının tərkibində də 3 dəfə (2014, 2015, 2016-cı illərdə) 1-ci yeri qazanmışam. Müxtəlif beynəlxalq müsabiqələrdə II, III dərəcəli diplom və medallar qazanmışam. Bu olimpiadaların mənim mütəxəssis kimi yetişməyimdə çox böyük rolu olub. İsveçrədə tədqiqat institutlarının birində təcrübə keçmə imkanı əldə etmişəm. Bunun əsas səbəblərindən biri də müxtəlif olimpiadalardakı nəticələrim olub. Digər cəhətdən proqramlaşdırma olimpiadalarına hazırlaşarkən qazandığımız biliklərlə gələcəkdə böyük şirkətlərdə (Google, Facebook, Yandex, Microsoft) işləmə imkanları əldə etmiş oluruq. Belə ki, bu şirkətlərdə işləmək üçün ilkin müsahibələrdə alqoritmik və proqramlaşdırma bilikləri tələbləri qoyulur”.

2007-2016-cı illərdə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qalibləri

İl

Komandalar

Təhsil müəssisəsi

Yer

2016

Qafqaz Programmers

BHOS02

BDU-4

Suicide Squad

AzTU1

NAA3

ADAU_1

Qafqaz Universiteti

Bakı Ali Neft Məktəbi

Bakı Dövlət Universiteti

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Azərbaycan Texniki Universiteti

Milli Aviasiya Akademiyası

ADA Universiteti

I

II

III

III

III

IV

IV

2015

Qafqaz Programmers

AzTU1

ADA U4

NAA50

ADNA1

BHOS1

Qafqaz Universiteti

AzTU

ADA Universiteti
Milli Aviasiya Akademiyası

ADNA
Bakı Ali Nevt Məktəbi

I

II

II

III

III

III

2014

Qafqaz Programmers

Baku MSU 1

Qafqaz U 4

Qafqaz U 3

BSU-NET

Qafqaz Universiteti

MDU Bakı filialı

Qafqaz Universiteti

Qafqaz Universiteti

BDU

I

II

III

IV

IV

2013

Qafqaz Programmers

Qafqaz U 5

Qafqaz U 3

Qafqaz Şahinləri

MSU Programmers

Norbet

Qafqaz Universiteti

Qafqaz Universiteti

Qafqaz Universiteti

Qafqaz Universiteti

MDU Bakı filialı

BDU

I

II

II

III

III

III

2012

Qafqaz Programmers

Norbet

Baku Qafqaz U 3

Baku Qafqaz U 7

Qafqaz Universiteti

BDU

Qafqaz Universiteti

Qafqaz Universiteti

I

II

III

IV

2011

Qafqaz Programmers

Baku Qafqaz U 3

Qafqaz Şahinləri

Baku Qafqaz U 4

Stream

Qafqaz Universiteti

Qafqaz Universiteti

Qafqaz Universiteti

Qafqaz Universiteti

MDU Bakı filialı

I

II

III

III

III

2010

autorun.inf

LEKER

DOOM

Qafqaz Şahinləri

BDU

ADNA

MDU Bakı filialı

Qafqaz Universiteti

I

II

III

IV

2009

Overflow

Qafqaz Şahinləri

BSU1

BDU

Qafqaz Universiteti

BDU

I

II

III

2008

Qafqaz Şahinləri

İNF 14

ENG 1

Qafqaz Universiteti

BDU

BDU

I

II

III

2007

Qafqaz Şahinləri

ADNA-1

AzTU-3

Qafqaz Universiteti

ADNA

AzTU

I

II

III

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>