• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

39 milyonluq layihə

39 milyonluq layihə

Təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in və Koreya İxrac-İdxal Bankının icraçı direktoru Seong-Hyeoung Yimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, görüş zamanı “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üçün İqtisadi İnkişaf Əməkdaşlıq Fondundan alınan kreditə dair razılaşma” və “Azərbaycan Respublikası Hökuməti və Koreya İxrac-İdxal Bankı arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üçün Kredit Sazişi” imzalanıb.

Layihə əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadrların hazırlanması və qeyri-neft sektorunun inkişafına dəstək vermək məqsədlərinə xidmət edir. Layihənin əsas hədəfləri ən yüksək müasir standartlara cavab verən peşə tədris sisteminin, gənclər və qadınlar da daxil olmaqla, bütün vətəndaşlar üçün yüksək səviyyəli peşəkar hazırlığın və iş imkanlarının yaradılmasını, yoxsulluğun azadılmasına dair səyasətə dəstək verilməsini, ölkənin əmək bazarının xarici işçi qüvvəsindən asılılığının azaldılmasını, həmçinin, xırda və orta sahibkarlığın inkişafına təkan verilməsini təmin etməkdən ibarətdir.

Layihənin maksimal büdcəsi 39,28 milyon ABŞ dolları təşkil edir. Bu vəsaitin 22 milyonu Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdiriləcək.

Müasir peşə təhsili sisteminin yaradılmasına təkan verərəcək layihə çərçivəsində elektrik mühəndislyi, mexanika, avtomatlaşdırma, sənaye quraşdırılması, elektrik enerjisi, elektornika, avtomobil və inşaat sahələri üzrə kadrlar hazırlanacaqdır. Mərkəzdə 8 ixtisas üzrə tədris otağı, yeməkxana, yataqxana, mühazirə və ümumi iclas zalları inşa olunacaq. Bakı şəhərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrindən birinin bazasında yaradılacaq məkrəzdə 800 nəfər müvafiq ixtisaslara yiyələnə bilər.

Koreyalı mütəxəssislər Peşə Tədris Mərkəzinin tikintisində, təchizatında, idarəolunmasında, eləcə də mühəndis-pedaqoji heyətin və müvafiq vəsaitlərin hazırlanmasında iştirak edəcəklər.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR