Məscidin imamı qətlə yetirildi
Bizi izləyin

Qırmızı.az

Məscidin imamı qətlə yetirildi

Məscidin imamı qətlə yetirildi

Dağıstanın Qızıl-Yurd bölgəsində məscidin imamı qətlə yetirilib. Rusiya kütləvi informasiya vasitələrinin (KİV) məlumatına görə, dünən gecə saatlarında iki naməlum silahlı şəxs imam Maqomed Zakaryayevin evinə girərək onu qətlə yetiriblər.


Rusiya hüquq-mühafizə orqanları qatillərin tapılması istiqamətində axtarışa başlayıb. İmam Maqomed Zakaryayevin vəhhabi təriqətinə qarşı mübarizə apardığı üçün öldürüldüyü ehtimal edilir.


Xatırladaq ki, təkcə 2012-ci ildə Rusiyada 7 din xadimi silahlı hücum nəticəsində qətlə yetirilib. Müsəlman din adamlarına qarşı silahlı hücumlar daha çox Şimali Qafqazda baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm