İranda zəvvarlarımızı aparan avtobus yanıb, yaralananlar var
Bizi izləyin

Qırmızı.az

İranda zəvvarlarımızı aparan avtobus yanıb, yaralananlar var

Azərbaycanlı zəvvarları İraqın Kərbəla şəhərinə ziyarətə aparan avtobus İranın Ərdəbil əyalətində yanıb.

Azərbaycanlı zəvvarları İraqın Kərbəla şəhərinə ziyarətə aparan avtobus İranın Ərdəbil əyalətində yanıb.

Hadisə nəticəsinə sərnişinlərdən 41 nəfəri xəsarət alıb. Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Hüseyn Derəxşan deyib. Bu barədə İSNA agentliyi məlumat verir.

Derəxşan deyib ki, avtobusda yanğın yerli vaxtla saat 03: 35 radələrində Ərdəbil şəhərindən Zəncan istiqamətinə hərəkət edərkən baş verib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlardan dörd nəfərinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib, 37 nəfər isə yüngül xəsarət aldıqları üçün ambulator müayinə olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm