“QİDA” təlimləri başa çatıb
Bizi izləyin

Qırmızı.az

“QİDA” təlimləri başa çatıb

“QHT-lərin İDarəetmə Akademiyası”nın (QİDA) Yaz Sessiyası çərçivəsində “Layihənin yazılması mexanizmləri” istiqaməti üzrə kurs başa çatıb.

Publika.Az-ın məlumatına görə, “Layihənin yazılması mexanizmləri” üzrə kurs ARGTMŞ ofisində həyata keçirilmiş, 15 gənclər təşkilatlarının rəhbər və işçi heyəti dinləyici qismində iştirak edib.

Təlimdə layihə anlayışı, layihənin uğur göstəriciləri, layihənin strukturu, problemin qoyuluşu, məqsəd və vəzifələrin təsviri, layihə fəaliyyətində tətbiq olunacaq üsullar öyrədilib, QHT və layihə fəaliyyətindən faydalananlar, layihə üzrə gözlənilər risklər, layihədə effektiv nəticə meyarları, icra planı və büdcə, layihənin hazırlanmasının yollarından bəhs edirlmişdir. Sonda itirakçılar şəhadətnamələrlə təltif olunub.

Xatırladaq ki, “QİDA” Yaz sessiyası kursları ilkin olaraq “Maliyyə Planlaması və Büdcələşmə” və “Layihənin yazılması mexanizmləri mövzularını əhatə etmişdir.

Akademiyanın kursları 4 tədris bloku üzrə təyin olunaraq, hər bir bloku auditoriya fərqini nəzərə alaraq aşağıdakı təlim modullarına bölünüb:

“QHT-lərin İdarəetmə Akademiyası” (“NGO management school”),

“Layihələrin İdarəetmə Akademiyası” (“Project management school”),

“Şəxsi və Peşəkar inkişaf Akademiyası” (“Personnel & Professional Capacity building School”)

“Seçmə Kursları” (“Electives”)

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “QHT-lərin İDarəetmə Akademiyası” QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq məqsədilə həyata keçirilir. QİDA Akademiyasının əsas məqsədi gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır.

Kurs Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm