• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Bələdiyyələr QHT-lərlə əməkdaşlıq etməlidir"

"Bələdiyyələr QHT-lərlə əməkdaşlıq etməlidir"

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Səmərəli bələdiyyə idarəetməsində və qərarların qəbulunda QHT-lərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində ilk tədbirini keçirib.

Publika.Az-ın məlumatına görə, tədbirdə Bakı bələdiyyələri – Səbayel, Yasamal, Nərimanov, Binəqədi və Nəsimi bələdiyyələrinin üzvləri, məhəllə komitələtinin təmsilçiləri, bələdiyyə qulluqçuları, QHT və media rəhbərləri, ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov açıb. Layihə haqqında məlumat verən Rəfail Becanov bildirib ki, layihə Bakıda 5, Sumqayıtda 3 bələdiyyəni əhatə edəcək:

“Bələdiyyələrlə ictimai sektor arasında əlaqənin möhkəmlənməsi və münasibətlərin inkişafının gücləndirilməsinə ehtiyac vardır. Bələdiyyə idarəetməsində QHT-lərlə əlaqələrin gücləndirilməsi ictimai münasibətlərin inkişafı, şəffaf büdcə prosesinə dəstək verməklə, əhalinin müxtəlif ictimai problemlərinin öyrənilməsi, ictimai müzakirəyə çıxarılması, sosial layihələrdə əhalinin istəklərinin nəzərə alınması və qərarların qəbulunda səmərəliliyə yardım edilə bilər. Bu isə öz növbəsində daha çox və davamlı büdcə vəsaiti, habelə əhalinin əsas problemlərindən biri olan işsizlik probleminin həllinə müsbət təsir edəcəkdir”.

Tədbirdə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədr müavini, layihənin eksperti Qaya Əliyev məruzə ilə çıxış edib:

“Bələdiyyələr QHT-lərlə əməkdaşlıq etsə, ictimai problemlərin öyrənilməsində onların imkanlarından yararlansa, həm şəffaflıq prinsipləri qorunar, həm səmərəli idarəçilik hesabına qanun pozuntularına yol verilməz. Beynəlxalq təcrübə də göstərir ki, idarəetmə ictimai sektorla yaxınlaşarsa, səmərəlilik artır, ictimai problemlər daha tez və effektiv həll olunur. “İctimai iştirakçılıq haqqında” Qanunun qəbulundan sonra bələdiyyə-QHT münasibətlərinin yeni mərhələsinə başlanılmalıdır. Bələdiyyə-QHT-vətəndaşlar arasında “Açıq Mikrofon” təşkil olunmalıdır ki, ictimai problemlərin həllinı və səmərəli bələdiyyə idarəetməsinə kompleks yanaşılsın. Bilirik ki, bələdiyyələr məhdud vergiyığma səlahiyyəti və zəif maliyyə əsaslarına sahibdirlər. Sakinlərin çoxu da işsizlik probleminin həllini bələdiyyədən gözləyir. QHT-lərlə birgə müxtəlif innovativ ideyalar və ilkin kapitalın az tələb olunduğu sahələr, müəyyənləşdirilə bilər. Eləcə də müxtəlif qrant proqramlarına çıxış əldə etmək olar. Nəticədə gəlir gətirən bələdiyyə müəssisələri yaradılar ki, bu da həm yeni büdcə vəsaiti və işsizliyin azaldılmasına dəstəkdir”.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov çıxış edərək bildirib ki, bələdiyyələrlə QHT-lər arasında əlaqələrin gücləndirilməsi günümüzün ən aktual problemlərindəndir. İnanırıq ki, bu il keçiriləcək bələdiyyə seçkilərində vətəndaş cəmiyyəti institutları, o cümlədən QHT-lər aktiv iştirak edəcək və layiqincə təmsil olunacaq. Bunun üçün biz hamılıqla çalışmalıyıq. Arzu olunandır ki, aparıcı QHT rəhbərləri və üzvləri qarşıdan gələn yerli özünüidarə orqanı olan bələdiyyələrə seçkilərdə rayon və şəhərlərdən öz namizədliklərini irəli sürsünlər. İnanırıq ki, onlar xalq tərəfindən dəstəklənəcək.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxışında bildirib ki, təkcə QHT-lər deyil, bələdiyyələr digər vətəndaş cəmiyyəti institutları ilə də əlaqələr qurulmasında maraqlı olmalıdır. Bu, onların həm informasiya açıqlığı, həm də ictimaiyyətlə əlaqələri üçün vacibdir.

Tədbirin sonunda QHT rəhbərlərindən Şamil Sabiroğlu, Şahin Qədirov, Dadaş Quliyev, Salman Əliyev, Cavahir Qaraqızı və digərləri çıxış ediblər.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası icra katibliyinin məsləhətçisi Gülsəba Ələsgərova iştirak edib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR