Azərbaycan stendi Berlin beynəlxalq “Yaşıl Həftə” sərgisində yer alıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycan stendi Berlin beynəlxalq “Yaşıl Həftə” sərgisində yer alıb

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə beynəlxalq “Yaşıl Həftə” sərgisində və sərgi çərçivəsində kənd təsərrüfatı nazirlərinin altıncı Berlin sammitində iştirak etmək məqsədi ilə Almaniyada səfərdədir.

Səfər çərçivəsində nazir Heydər Əsədov “Yaşıl Həftə” sərgisində Azərbaycanın stendinin açılışında iştirak edib. Almaniyanın ərzaq və kənd təsərrüfatı naziri Hans Peter Fridrix və Berlin şəhərinin meri Klaus Voverayt Azərbaycanın stendinə baxıb, ölkəmizə məxsus müxtəlif ərzaq və kənd təsərrüfatı məhsulları ilə maraqlanıblar.

Ölkəmiz bu il sərgidə 9 şirkətlə 100-dən çox çeşiddə kənd təsərrüfatı və ərzaq məhsulları ilə təmsil olunub. Bununla yanaşı, sərgidə Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər nümayiş etdirilib. 1926-cı ildən təşkil olunan “Yaşıl Həftə” sərgisi ərzaq və kənd təsərrüfatı üzrə ən böyük sərgidir və ölkəmiz bu sərgidə artıq yeddinci dəfə təmsil olunur.
Sonra nazir Heydər Əsədov Almaniyanın Ərzaq və Kənd Təsərrüfatı Nazirliyində ekspertlərlə görüş keçirib. Görüşdə Almaniyanın kənd təsərrüfatı sahəsindəki təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və səfirliyin müşaviri Rizvan Nəbiyev iştirak edib.
Yanvarın 18-də nazir Heydər Əsədovun kənd təsərrüfatı nazirlərinin Berlin sammitində iştirakı nəzərdə tutulur. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm