7 alim mükafat aldı
Bizi izləyin

Qırmızı.az

7 alim mükafat aldı

7 alim mükafat aldı

Azərbaycan Milli Elmlər Akademiyasının 7 alimi görkəmli alimlərin adını daşıyan mükafata layiq görülüb.

Publika.az xəbər verir ki, mükafatlandırma AMEA-nın 2013-cü ildəki elmi fəaliyyətinin yekunlarına dair ümumi yığıncaqda baş tutub.

Akademik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülüb. Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə akademik Cəlal Əliyev və AMEA-nın müxbir üzvü İradə Hüseynova Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.

Həmçinin, akademik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adına, akademik Böyükkişi Ağayev səhiyyənin və tibb elminin fundamental, tətbiqi sahələrinin inkişafındakı çoxillik xidmətlərinə və nailiyyətlərinə görə akademik Mirəsədulla Mirqasımov adına, akademik Məhərrəm Məmmədyarov xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kimya sahəsində əldə etdiyi nailiyyətlərə görə akademik Yusif Məmmədəliyev adına, geologiya-mineralogiya elmləri doktoru Fərid Dadaşov isə geologiya sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə akademik Musa Əliyev adına mükafata layiq görülüb.

Qeyd edək ki, Rəyasət Heyəti bu il fevralın 5-də mükafatların təsis edilməsi haqqında qərar qəbul edib, 9 aprel tarixli iclasında isə təltif olunan alimlərin adlarını açıqlayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm