Qırmızı.az
Zəncirvari qəza, 5 avtomobil toqquşdu
Gecə Bakının Nəsimi rayonunda 5 minik maşının toqquşması ilə nəticələnən qəza baş verib. Avto qəza zamanı Mirzağa Əliyev küçəsi ilə hərəkət edərkən “Toyota” markalı minik maşını yolun sağ tərəfi ilə hərəkət edən “Mercedes” markalı minik maşınını vurub. Daha sonra “Mercedes” markalı minik maşını prospektin sağ tərəfində dayanan “BMW” və “Hyundai” markalı minik maşınlarına çırpılıb.
“Toyota” markalı avtomobilin sürəti yüksək olduğundan idarə
etməni itirən sürcü yolun sol tərəfindəki dəmir arakəsməni qıraraq
Şəmsi Bədəlbəyli küçəsinə keçib. Bu dəfə “Toyota”nın zərbəsinə tuş
gələn isə başqa bir “Mercedes” markalı minik maşını olub.
Hadisə zamanı xəsarət alan olmayıb. Ətrafda olan şahidlərin
sözlərinə görə qəzanı törədən “Toyota”nın sürücüsü hadisə zamanı
sərxoş vəziyyətdə olub.
Hadisədən sonra qəzaya səbəb olan sürücü avtomaşının dövlət
qeydiyyat nişanlarının da açaraq ərazidən uzaqlaşıb.
Qəza zamanı yararsız hala düşən avtomobillər evakuator vasitəsi ilə
cərimə meydançasına aparılıb.
Hadisə yerində olan Bakı Şəhər Dövlət Yol Polis idarəsinin
əməkdaşları isə ərazidə araşdırma aparıblar.
Hazırda qəzanı törədən sürücünün şəxsiyyətinin müəyyən edilməsi
istiqamətində axtarışlar davam etdirilir. /ans/
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu