Qırmızı.az
Bakı Metrosunda dəhşət: qatar tuneldə gedərkən qapılar açılır (VİDEO)
Son vaxtlar Bakı Metropolitenində tez-tez texniki nasazlıq üzündən problemlər yaranıb. Bu problemlər üzündən ya qatar tuneldə dayanır, ya tüstüləmə olur, ya da digər hadisə baş verir.
Bu də sərnişinlərin təşvişinə səbəb olur. Bu dəfə oxuculardan biri ANS PRESS-ə şikayətində bildirib ki, metroda qatarın tuneldə hərəkəti zamanı vaqonun qapıları açılıb-bağlanır.
İddia olunur ki, hadisə “İçəri Şəhər” stansiyasından “Sahil” stansiyası istiqamətində hərəkətdə olarkən baş verib. Verilən məlumata görə, hadisə 23:26 radələrində olub. Bu zaman qatarda sərnişin az olduğundan xəsarət alan olmayıb.
Məsələ ilə bağlı Bakı Metropoliteninin mühəndisi Etibar İsayevlə əlaqə saxladıq. Etibar İsayev ANS PRESS-ə açıqlamasında bunun çox qəribə hadisə olduğunu dedi.
“Əgər həqiqətən də Bakı Metropolitenində olubsa, bu dəhşətli faktdır. Düzü mən inanmıram. Çünki vaqonlardan birində nasazlıq olarsa, qapı açılarsa, qatar avtomatik olaraq dayanmalıdır. Əslində qatar nasaz olarsa xəttə buraxılmamalıdır”, - deyə E.İsayev bildirib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu