• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Filarmoniyada 6 musiqi aləti oğurlandı

Filarmoniyada 6 musiqi aləti oğurlandı

“Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından mərhum sənətkar, balaban ifaçısı Mehdi Ələkbər Nəzərlyə məxsus 6 musiqi nəfəs alətləri oğurlanıb”.

Bunu əməkdar artist, Mehdi Ələkbər Nəzərlinin nəvəsi Ədilə Əflaki bildirib. Ə.Əflaki bildirib ki, musiqi nəfəs alətlərinin oğurlanması ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinə məktubla müraciət olunub:

“Mən bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət məktubu göndərdim. Xahiş etdim ki, bu məsələ araşdırılsın və mənə cavab verilsin. Nəfəsli alətlərin üstündə “n” hərifi yazılıb. Mehdi babam Azərbaycan Dövlət Orera və Balet Teatrının solisti olub. Babam dünyasını dəyişəndən sonra bu 6 musiqi nəfəsli aləti Azərbaycan Dövlət Filormoniyasına aparılıb və orada saxlanılıb. Bu alətlər uzun müddət filormoniyanın ekspanatlar sərgisində nümayiş olunub. Bunu tarzən Firuddin Ələkbərli də deyib. O, deyir ki, bu alətlər filormoniyanın sərgisində şüşənin altında olub. Niyazı dünyasını dəyişənə kimi bu 6 musiqi nəfəs aləti orada olub. Niyazi ölən kimi bu alətlər oğurlanıb. Niyazinin vəfatı zamanı ara qatılıb, kim nə istəyib aparıb. Mən deyə bilmərəm o dövürdə Mədəniyyət naziri kim olub. Amma bütün hallarda bu alətlər Azərbaycandan çıxarılıb. Hara satılıb, niyə satılıb, mənə məlumat verilsin”. /Aznews.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR