İndoneziyalı millət vəkili Qarabağ münaqişəsi və Xocalı Soyqırımı haqqında danışıb
Bizi izləyin

Qırmızı.az

İndoneziyalı millət vəkili Qarabağ münaqişəsi və Xocalı Soyqırımı haqqında danışıb

İndoneziyalı millət vəkili Qarabağ münaqişəsi və Xocalı Soyqırımı haqqında danışıb

İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse prezidenti, azərbaycanlı tələbə və ASAIF-in İndoneziya koordinatoru Elmar İskəndərov İndoneziya Parlamenti Xalq Nümayəndələr Palatasının sədri Marzuki Alie ilə görüşüb. Publika.Az-ın verdiyi xəbərə görə, görüş İndoneziya Parlamentinin Xalq Nümayəndələr Palatasının binasıda baş tutub.

Görüşün əsas məqsədi Dağlıq Qarabağ münaqişəsində İndoneziya Respublikası mövqeyinə dair və Xocalı soyqırımının İndoneziya Parlamenti qəbul üçün, Ermənistanın Cakartada 2014-cu ildə səfirlik açmaq planının təxirə salınması üçün danışıb məlumatlar almaq idi.

E.İskəndərov bildirib ki, görüşdə Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi barədə M.Alieyə məlumat verilib. Öz növbəsində İndoneziya Respublikası Parlamentinin Xalq Nümayəndələr Palatasının Sədri cənab Marzuki Alie dünya ictimaiyyəti tərəfindən beynəlxalq səviyyədə tanınmış Azərbaycan Respublikasnın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığı prinsipini dəstəklədiyini bildirib.

Həmçinin, BMT Təşhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 822, 853, 874 və 884 saylı dörd qətnaməsini və Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü sərt qınayan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) İndoneziyanın Palembanq şəhərində qəbul edilmiş 15 saylı qətnaməsinə, o cümlədən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqları təşəbbüslərinə əsaslanaraq, Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini dəstəklədiyini qeyd edib.

O cümlədən, Ermənistanın Dağlıq Qarabağı işğal etməsi nəticəsində Azərbaycana dəyən zərərin 300 milyard ABŞ dolları təşkil etməsi və bunun kompensasiya şəklində Azərbaycan tərəfinə ödənilməsini vacib hesab etdiyini deyib.

Cənab Marzuki Alie həmçinin Xocalı faciəsini çox böyük diqqət mərkəzində saxladığını deyib: Ola bilsin ki, 21 il əvvəl Azərbaycanın Xocalı şəhərində baş verən hadisələri çox adam xatırlamır və ya heç xəbəri yoxdur. Qeyd olunan hadisə 26 fevral 1992-ci il tarixində Azərbaycanın Xocalı şəhərində Azərbaycanın mülki vətəndaşlarına qarşı işğalçı erməni qüvvələri tərəfindən vəhşicəsinə törədilən qəddar cinayət hadisəsidir. Azərbaycanın Xocalı şəhərində baş vermiş bu cür dəhşətli faciənin bir daha təkrarlanmaması üçün, Xocalıda insanlığa qarşı cinayətləri vəhşicəsinə törədən şəxslər məsuliyyətə cəlb olunmalı və onlara qarşı məhkəmə və hüquqi proseslər həyata keçirilməlidi.

M.Alie bildirib ki, İndoneziya Respublikasının Parlamenti, həm İndoneziya Respublikası Parlamentinin Xalq Nümayəndələr Palatasının 1-ci Komissiyası, həm də İndoneziya Respublikası Parlamentinin Xalq Nümayəndələr Palatasının rəhbərliyi İndoneziyanın Dağlıq Qarabağ münaqişəsində və Xocalı Soyqırımında mövqeyini əsas gətirərək, artıq İndoneziya hökümətinə Ermənistanın Cakartada səfirlik açmasının təxirə salınması üçün müraciət edib.

2014-cü ildə Cakartada Ermənistan səfirliyinin açılması planları İndoneziyanın Dağlıq Qarabağ münaqişəsində və Xocalı Soyqırımı məsələsində tutduğu ədalətli mövqeyini və siyasətini dəyişməyəcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm