Qırmızı.az
Gəncə gəncləri “Go dance” yarışmasında
Bu gün YAP Gəncə şəhər Təşkilatının Qərargahında “Go dance” yarışması ilə bağlı tədbir keçirilib.
Tədbirdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova, “İrəli” İctimai Birliyinin Gəncə şəhər nümayəndəliyinin sədri Elmir Bağırov, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və tələbə- gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Azәrbaycanda ilk dәfә “28 May Respublika günü”nə həsr olunmuş “Go Dance” (“Rəqs et”) fləşmobu haqqında gənclərə məlumat verərək bildirdi ki, may ayının son həftəsində Bakı şəhərində “Kristal zal”da baş tutacaq tədbirdə 4 şəhərin- Bakı, Gəncə, Sumqayıt və Quba şәhәrlərinin iştirakı nəzərdə tutulub. Onların içərisində “2016- Avropanın Gənclər Paytaxtı” Gəncə şəhəri də təmsil olunacaq. Artıq Gəncədə “Go dance” rəqs müsabiqəsində iştirak etmək istəyən gənclərin qeydiyyatı başa çatmaq üzrədir. Həmin gənclərin məşqi bazar etrəsindən etibarən Gəncə Olimpiya Kompleksində baş tutacaq. Yarışmada yüksək səviyyədə təmsil olunmağımız üçün şəhərimizə bacarıqlı xareoqraflar dəvət olunacaq.
“Respublikamızda ilk dəfə minlərlə gəncin iştiraki ilə “Go dance” rəqs müsabiqəsində Gəncə şəhəri layiqincə təmsil olunmalıdır və biz çalışmalıyıq ki, şəhərimiz bu yarışda qalib olsun”- YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev belə deyib.
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova bu yarışda iştirak edəcək gəncləri məsuliyyətli olmağa çağırdı və onlara uğurlar arzuladı.
Sonda dünyada keçirilən “Go dance” müsabiqəsindən video çarxlar izlənildi. Gənclər yarışma ilə bağlı maraqlı fikirlərini bildirdilər.
Zərifə Xasayeva
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu