Şəmsəddin Hacıyevin universitetdəki son kadrı işdən çıxarılır - ÖZӘL
Bizi izləyin

Qırmızı.az

Şəmsəddin Hacıyevin universitetdəki son kadrı işdən çıxarılır - ÖZӘL

Yaxın günlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) prorektoru Damət Bağırov tutduğu vəzifədən çıxarılması gözlənilir. Bu barədə Publika.az-a universitetdəki etibarlı mənbə məlumat verib.

Yaxın günlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) prorektoru Damət Bağırov tutduğu vəzifədən çıxarılması gözlənilir. Bu barədə Publika.az-a universitetdəki etibarlı mənbə məlumat verib.

Qeyd edək ki, Damət Bağırov əvvəlki rektor Şəmsəddin Hacıyevin universitetdəki son kadrı hesab olunur. Mənbənin verdiyi məlumata görə, hazırda Dövlət İqtisad Universitetində kadr dəyişikliyi davam edir. Bir neçə gün öncə universitetin ictimai əlaqələr üzrə prorektoru Zəfər Bayramov vəzifəsindən azad edilib. Onun yerinə isə ilk dəfə olaraq qadın prorektor təyin olunub.

Onu da bildirək ki, Zəfər Bayramov eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının (YAP) İqtisad Universitetindəki nümayəndəsidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm