İdarəetməni itirən avtomobil hasara çırpılıb
Bizi izləyin

Qırmızı.az

İdarəetməni itirən avtomobil hasara çırpılıb

Bakının Binəqədi rayonunda idarəetmədən çıxan avtomaşın daş hasara çırpılıb.

Bakının Binəqədi rayonunda idarəetmədən çıxan avtomaşın daş hasara çırpılıb.

Binəqədi şössesində qeydə alınan hadisə zamanı üzü Azadlıq prospekti istiqamətində hərəkətdə olan “Volkswagen” markalı minik maşını sürücünün nəzarətindən çıxıb. İstiqamətini dəyişən avtmobil ilk öncə işıqfora dəyib. Bundan sonra tamamilə idarəedilməz olan “Volkswagen” yalnız yol kənarındakı obyektin daş hasara çırpıldıqdan sonra dayanıb.

Zərbə o qədər güclü olub ki, avtomaşın hasarı keçərək obyektin içərisinə düşüb.

Qəza zamanı xəsarət faktı da qeydə alınıb. Çırpılmanın güclü olmasına baxmayaraq, minik avtmobilinin sürücüsü bu qəzadan yüngül sıyrıqlarla canını qurata bilib.

Hadisə yerinə gələn rayon polis idarəsinin əməkdaşları sürcünü sərxoşluq dərəcəsini müəyyən etmək üçün onu ekspertizaya aparıblar.

Qəzaya ilkin səbəb kimi, “Volkswagen” sürücüsünün sürət həddini aşması göstərilir. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm