Bakalavr üçün plan yerləri artırılıb
Bizi izləyin

Qırmızı.az

Bakalavr üçün plan yerləri artırılıb

Bu il bakalavr pilləsi üçün qəbul imtahanlarında plan yeri 3.95% artıb, 38111 yer ayrılıb.

Publika.az-ın məlumatına görə, bu sözləri bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ümumi qruplar üzrə qəbul planı dövlət və qeyri dövlət ödənişli və ödənişsiz artım 3,95%-dir. Müxtəlif hərbi məktəbləri çıxsaq, onda qruplar üzrə I qrup 4% II qrup 7% III qrup 0.5% IV qrup 0.8%-dir.

M.Abbaszadə bildirib ki, bu ilki plan yerlərinin hamısı Təhsil Nazirliyi universitetlərlə razılaşdırılıb:

“Rus və Azərbaycan bölmələri üzrə müsabiqə fərqli aparılacaq. Ötən il isə bu bölmələr üzrə qəbul birlikdə aparılırdı. Lakin bu ali məktəblərin qruplarının formalaşmasında çətinlik yaradıb. Dəyişiklik isə buna görə edilib. Buna əsasən də deyə bilərik də, bu il rus bölməsində keçid balı aşağı olacaq. Çünki sənəd verənlərin sayı azdır”.

M.Abbaszadənin sözlərinə görə, “şagird-məzun” bazasında 84 min 11 sinif şagirdi varsa, onları 59 mini ali məktəblərə sənəd verib. TQDK sədrinin sözlərinə görə, bu məlumatlar dəqiqləşməmiş informasiyalardır. Məsələn, xəstəliyi barədə möhlət alan və İdman Akademiyasına sənəd verənlər araşdırılacaq. Bu araşdırmalar aparıldıqdan sonra dəqiq rəqəmlər açıqlanacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm