FHN Qarabağda təlim keçib
Bizi izləyin

Qırmızı.az

FHN Qarabağda təlim keçib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qabaqlayıcı tədbirlərini davam etdirir.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, xidmət bu istiqamətdə növbəti tədbirlərini Qarabağ bölgəsində keçirib.

Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Ağdam rayonunda yerli icra hakimiyyətləri, bələdiyyə, meşə mühafizəsi və bərpası müəssisələri, fermer təsərrüfatları nümayəndələrinin iştirak etdiyi “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda keçirilən regional seminar-müşavirədə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli bitkilərin yetişmə və məhsul yığımı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin, meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar müvafiq təşkilatlar qarşısında məsələlər qaldırılıb.

Seminar-müşavirədə Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin, meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrdən ətraflı danışıb. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin və digər qurumların həyata keçirdiyi məqsədyönlü qabaqlayıcı tədbirlərə baxmayaraq mövsüm ərzində siqaret çəkilən zaman ehtiyatsızlıq, uşaqların odla ehtiyatsız davranışı, texnikanın hərəkət hissələrinin və detallarının dağılması, hərəkətli mexanizimlərə kənar əşyaların düşməsi, elektrik avadanlıqlarının texniki istismar qaydalarının pozulması, nəqliyyat vasitələri sistemlərinin, mexanizmlərinin və hissələrinin, qığılcımsöndürən qurğuların nasazlığı, təndirdən və ocaqdan düşən qığılcım, sobaların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması, biçilmiş sahələrin yandırılması, elektrik avadanlıqlarının quraşdırılması qaydalarının pozulması səbəbindən yanğınlar baş verib.

Seminar-müşavirədə Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı mövsümünün başlanması ilə əlaqədar görülmüş işlər haqqında hesabat verib, bələdiyyə, meşə mühafizəsi və bərpası müəssisələri, fermer təsərrüfatlarının üzərinə düşən vəzifələri açıqlanıb.

Müşavirədə yanğınların statistikası və təhlilinə istinad edilərək yanğınların baş verdiyi yerlərdə ilkin yanğınsöndürmə vasitələrinin olmaması, insanların bu vasitələrin təyinatını bilməməsi və onlardan düzgün istifadə etməməsi yanğınların genişlənməsinin başlıca səbəblərindən biri kimi qiymətləndirilmiş və ilkin yanğınsöndürmə vasitələrinin, o cümlədən avtomatik yanğınsöndürmədə yeni texnologiya olan Tailandda istehsalal olunmuş avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri, istifadə qaydası haqqında ətraflı söhbət açılıb.

Ağdam rayonunda keçirilən seminar-müşavirədə dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi qaydalarının tələblərini təbliğ edən slaydlar və səyyar fotostend nümayiş olunmuş, bələdiyyələrə, meşə mühafizəsi və bərpası müəssisələrinə, fermer təsərrüfatlarına yaddaş kitabçası, 2 adda yanğına qarşı təbliğat xarakterli plakat paylanılıb.

Müşavirə çərçivəsində Qarabağ bölgəsində fəaliyyət göstərən “Aqrolizinq” ASC-yə məxsus təsərrüfatlarda yanğın təhlükəsizliyi ilə əlaqədar texnikaların vəziyyətinə yanğın-texniki baxış keçirilir, müvafiq maarifləndirmə işləri aparılıb.

Dövlət Yanğın Nəzarəti Xidməti bölgədə fəaliyyət göstərən mədəniyyət, səhiyyə, təhsil müəssisələrində də yanğına qarşı təbliğat xarakterli tədbirlərin keçirilməsini nəzərdə tutur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm