Elmə məlum olmayan xəstəlik - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Elmə məlum olmayan xəstəlik - ARAŞDIRMA

Elmə məlum olmayan xəstəlik

Bəziləri onları bədbəxt, bəziləri isə uğursuz insan sayır. Əslində onlar nə uğursuz, nə də ki, bədbəxt insanlardır. Onlar da adi insanlar kimi həyat tərzi yaşayırlar. Onların fərqlilikləri isə yalnız boylarındadır.

Publika.az saytı olaraq irsi olan və olmayan balacaboyluğun səbəbini araşdıracağıq.

Boy qısalığının səbələrini əsasən 2 qrupa ayırmaq olar. İlk qrupa irsi boy qısalığı aiddir. Başqa sözlə, bu qrupa daxil olan insanlarda boy qısalığı hər hansı bir xəstəliklə bağlı deyil. Boyu qısa olan insanların 80%-ni bu qrupa daxil etmək olar.

Elmdə belə insanlara “cırtdanboy”lu və ya karniklər deyirlər. Boyu 130 sm-dən kiçik olan insanlara bu ad şamil edilir. Belə insanlar hipovizqanizm xəstəliyinə tutulurlar. İrsi olanda bu insanların şüuru da zəif olur, inkişafdan qalır. Genin mutasiyası insanların “cırtdanboy”lu olmağına səbəb olur. Bu da o deməkdir ki, genin strukturunda dəyişiklik baş verir. Elmə hələ də bu fakt məlum deyil.

Həkim Şəmsiyyə Namazova bu məsələni sosial problem hesab edir. O, müalicəsi olmayan “cırtdanboylu”lara cəmiyyətin dəstəyini vacib sayır.

Onun sözlərinə görə, dünya təcrübəsində belə bir fakt da var ki, ananın depressiyaya düşməsi övladın “cırtdanboy” olmağına səbəb ola bilər.

Ananın depressiyaya düşməsi səbəbindən körpənin yuxu və qidalanma rejimi pozulur. Bu isə öz növbəsində südəmər uşaqda stress hormonlarının səviyyəsini artırır, boy hormonlarının konsentrasiyasını aşağı salır. Bu mövzuda bir fakt ondan ibarətdir ki, ata və ananın boyunun ölçüsü normal olur, amma övladları “cırtdanboy” olurlar.

Müsahibim Arzu Mirzəyeva da bu qrupa daxildir. Arzu xanımın boyu 1, 12 sm-dir. cəmiyyətdə ona qarşı birmənalı münasibət bəslənilmir. İnsanların üzlərində qəlbqıran, “sən balacaboysan” ,”bu sənin şikəstliyindir” kimi ifadaləri görməmək üçün 30 il dörd divar arasında həyat tərzi keçirib. Orta məktəbdə əla oxusa da, insanların tikanlı baxışlarından, tənələrindən yayınmaq məqsədilə təhsilini davam etdirməyib. 25 ildən çoxdur ki, dərziliklə məşğuldur. Arzu xanım ailədə, nəsildə yeganə şəxsdir ki , bəstəboydur.

Dünyada belə insanlar üçün xüsusi düşərgələr yaradılır ki, onlar başqalarından fərqli olduqlarını düşünməsinlər. Həmin düşərgədə “cırtdanboy”lular yaşayır,biri-biri ilə evlənirlər. Azərbaycanda isə belə şəxslərə dövlət tərəfindən yalnız sosial müavinət ödənilir.

Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar — kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ var.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm