Nuşirəvan Məhərrəmlidən ANS-ə sərt CAVAB
Bizi izləyin

Qırmızı.az

Nuşirəvan Məhərrəmlidən ANS-ə sərt CAVAB

Nuşirəvan Məhərrəmlidən ANS-ə sərt CAVAB

"ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin həmin kanalın radiosunda efirə gedən “Qafqaz Top 10” verilişində erməni mahnısının verilməsinə haqq qazandırması təəssüfedicidir və bu, məndə gülüş doğurur”.


Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bununla bağlı Mirşahin Ağayevin “ANS nə edirsə, düz edir” fikirlərinə cavabında deyib.

"ANS-in vitse-prezidentinin “Milli Televiziya və Radio Şurasını anlayıram. Ona görə ki, biz Şuranı məhkəməyə vermişik və qurum əsəbidir” sözlərinə isə Şura sədrinin cavabı belə olub:

“Bu ANS kanalının iş üslubudur və onlardan bundan artıq heç nə gözləmirəm. ANS öz nöqsanını gizlətmək üçün ucuz vasitələrdən istifadə edir. Bu təəssüfedici bir haldır”.

O qeyd edib ki, MTRŞ dövlət qurumudur və Şuranın bütün işləri də dövlət tərəfindən onlara verilən səlahiyyət çərçivəsində həyata keçirilir: “Biz bununla bağlı öz sözümüzü qurum olaraq, ictimaiyyətin diqqətinə çatdırımışıq. Bilirsiniz, erməni mahnısının Azərbaycan tele-radio məkanında səsləndirməsi cəmiyyət tərəfindən haqlı olaraq narazılıqla qarşılanır”.

N. Məhərrəmli əlavə edib ki, ANS ÇM radiosunda erməni mahnısının verilməsi və bunun ANS-in “mədəniyyətin sərhəddi olmur” kimi təqdim etməsi normal düşüncə deyil və absurddur:

“Azərbaycan və Ermənistan müharibə vəziyyətindədir. Bu məntiqə görə, gərək Azərbaycan teatrlarında da erməni əsəri tamaşaya qoyulsun, ölkəmizin sərgilərində isə erməninin hazırladığı incəsənət nümunələri nümayiş etdirilsin. Hesab edirəm ki, bu düşüncə və yanaşma yanlışdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm