Qırmızı.az
"Royalbank"ın filial müdirinin işi məhkəməyə göndərildi
"Royalbank"ın filial müdiri barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, "Royalbank" Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar filialının müdiri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Aparılmış istintaqla cəmiyyətin Biləsuvar filialının müdiri Ramiz Əsədovun qulluq mövqeyindən istifadə edərək bankın vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub rayon sakinləri tərəfindən ödənilmiş 476 min 370 manat məbləğində kredit borclarını onların bankdakı hesablarına mədaxil etməyərək külli miqdarda əmlakı ələ keçirməklə "RoyalBank" ASC-nin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı