Mobil operatorların qiymətləri ucuzlaşacaq
Bizi izləyin

Qırmızı.az

Mobil operatorların qiymətləri ucuzlaşacaq

Mobil operatorların qiymətləri ucuzlaşacaq

“Mobil operatorların qiymətlərinin ucuzlaşması istiqamətində onlarla yaxından söhbət etdik və bir daha yanvar ayının kollegiyasının qərarları ilə onları tanış etdik. Artıq bu məsələdə gələcəyə çox optimizlə baxıram. Çünki onlar artıq ucuzlaşdırılmış vahid operatorlararası qiymət üzərində danışıqlar bitiriblər”.

Bunu Rabitə və yüksək Texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bundan sonra mobil operatorların qiymətləri müəyyən qədər aşağı salmağa imkanı olacaq.

Nazir qeyd edib ki, bazar qiymətlərinə çox təzyiq də etmək olmaz. Abbasov qiymətlərin həddən artıq aşağı düşməsinin inkişafa müəyyən qədər təsir edə biləcəyini deyib.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm