Nazim İbrahimovdan Gürcüstana - ETİRAZ
Bizi izləyin

Qırmızı.az

Nazim İbrahimovdan Gürcüstana - ETİRAZ

Nazim İbrahimov Gürcüstanın dövlət qurumlarına etiraz etdi

“Gürcüstanda yaşayan ermənilərin Tiflisdəki Apostol kilsəsinin nəzdində fəaliyyət göstərən “Ayartun” Mədəniyyət Mərkəzinin Azərbaycanın Şuşa şəhərinin işğal olunması gününü “Şuşanın Azadlığı Günü” kimi bayram etmək məqsədilə mayın 9-da təşkil etdiyi tədbir Azərbaycanla Gürcüstan arasında tarixi köklərə, ortaq iqtisadi və geosiyasi maraqlara söykənən strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə yönəlmiş növbəti təxribatdır”.

Publika.azn məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

Komitə sədri deyib: “Biz erməni icmasının 9 may Qələbə günü adı altında belə bir tədbir təşkil etməsinin əsl məqsədinin iki ölkə arasında gərginlik yaratmaq olduğunu aydın başa düşürük. Eyni zamanda hesab edirik ki, Gürcüstanın paytaxtında Azərbaycanın qədim şəhəri olan Şuşanın işğalı gününün bayram kimi qeyd edilməsinə şərait yaradılması heç bir halda təqdir oluna bilməz. Xüsusilə də ona görə ki, Gürcüstan özü də ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkədir.

Ölkələrimizin müstəqillik tarixi ərzində Azərbaycan dəfələrlə ən çətin vaxtlarında Gürcüstanın yanında olub, strateji tərəfdaşlığa xələl gətirəcək heç bir addım atmayıb. Eyni münasibəti qarşı tərəfdən də gözləməyə haqqımız çatır. Bu hadisə Gürcüstanda yaşayan azərbaycanlı icmasını da olduqca məyus edib və onlar da öz münasibətlərini bildiriblər. Biz də məsələ ilə bağlı narahatlığımızı Gürcüstanın müvafiq dövlət orqanlarının rəhbərlərinə çatdırmışıq. İnanırıq ki, Gürcüstan tərəfi bu narahatlığımızı başa düşəcək və nəzərə alacaqdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm