Yeni televiziya yayıma başladı
Bizi izləyin

Qırmızı.az

Yeni televiziya yayıma başladı

Yeni televiziya yayıma başladı

Bu gündən ölkənin 10-cu müstəqil telekanalı Region TV ümumrespublika yayımına başlayır.

Ümummilli lider Heydər Əliyevin doğum gününə təsadüf edən ölkənin ilk teleşəbəkəsinin açılışı Bakı vaxtı ilə saat 07:00-da baş tutub.

Hazırda Region TV-ni açıq - rəqəmsal yayımda Bakı və Abşeron yarımadasında izləmək mümkündür. Eyni zamanda KTV, Ailə TV, ATV+ kabel operatorlarında telekanalın yayımı həyata keçirilir.

Yaxın günlərdə Connect Tv və BBTV-də də Region TV-ni izləmək mümkün olacaq. Telekanal həmçinin, Azersat –1 milli peyki vasitəsi ilə də yayımını həyata keçirir. Bölgələrdə isə yayım analoq rejimində həyata keçirlir. Yaxın 2 ay ərzində Region TV teləşəbəkəsinə daxil olan bütün regional telekanalların yayımı rəqəmsal formata keçəcək.

Region Tv-nin kollektivi cəmi 2 ay müddətində ümumrespublika yayımını həyata keçirmək üçün bütün lazımı hazırlıq prosesini keçib və artıq açılışa tam hazırdır. Hazırlıq mərhələsini uğurla başa vuran telekanal gələcəkdə efir məkanımızı yeni və fərqli layihələrlə bəzəməyi də planlaşdırır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm