Qırmızı.az
"Euronews" kanalı Nic qəsəbəsi haqqında süjet çəkdi
"Euronews" telekanalı Qafqaz Albaniyası dövründə yaşayanların nəsillərinin məskunlaşdığı Azərbaycanın Nic qəsəbəsi haqqında süjet çəkib.
Süjetdə
deyilir ki, udinlər planetin ən qədim xalqlarından biridir:
"Onların ulu babaları haqqında ilk xatırlatmaya hələ Herodotda rast
gəlmək olar. Bu gün udinlərin sayı çox deyil və onlar bütün dünyaya
səpələniblər. Lakin onların böyük əksəriyyəti, yəni 4 mindən çoxu
burada - Nicdə yaşayır. Qəsəbə Qafqaz Albaniyasının qədim paytaxtı
Qəbələ şəhərindən 40 kilometrlik məsafədə yerləşir və udinlər öz
xalqlarının qədimdən burada yaşadıqlarına
inanırlar".
"Çeşmə" Udin Mədəniyyət Mərkəzinin rəhbəri
Oleq Danakiri süjetin
müəllifinə Qafqaz Albaniyasında daha 26 tayfanın yaşadığı barədə
danışıb.
Azərbaycanın
Alban-udin xristian icmasının sədri Robert Mobili hesab edir ki, udinlər
Qafqaz-İberiya dilində danışan və xristianlığın şərq cərəyanına
etiqad edən çox fərqli xalqdır.
Süjetdə deyilir
ki, xristianlığın simvollarına hətta kilsəyə getməyə adət etməmiş
Nic sakinlərinin məişətində də rast gəlmək
mümkündür.
Müəllif danışır
ki, xeyir-dua ən məşhur udin yeməklərindən birinin - afarın
hazırlanması ilə başlayır: "Bu yeməyin əsas tərkib hissəsi
gicitkəndır. C vitamini ilə zəngin olan bu yandıran bitki keçmişdə
yoxsulları qışdan sonra avitaminozdan xilas edib. Tezliklə Nicin
ənənəvi reseptlərinin toplusu dərc olunacaq. Lakin evdar qadınların
əksəriyyəti əmindir ki, kitabdan afar hazırlamağı öyrənmək mümkün
deyil"./Trend
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu