Bakıda və Sumqayıtda yanğın hadisəsi baş verib
Bizi izləyin

Qırmızı.az

Bakıda və Sumqayıtda yanğın hadisəsi baş verib

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 330 kv.m olan taxta sexinin yanar konstruksiyaları 80 kv.m sahədə və içərisində olan 6 ədəd dəzgah yanıb.

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 330 kv.m olan taxta sexinin yanar konstruksiyaları 80 kv.m sahədə və içərisində olan 6 ədəd dəzgah yanıb.

Publika.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunubr. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan dəmir köşkün dam örtüyünün yanar konstruksiyaları və 1 ədəd kondisioner yanıb. Köşkün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm