Qırmızı.az
Koreya səfiri Qənirə Paşayeva ilə cəbhə xəttini gəzib
Millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Koreyanın
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Choi Suk-in və onu
müşahidə edən heyət Tovuz rayonuna səfər edib.
Koreya səfiri ilk olaraq icra hakimiyyətinin başçısı Tofiq
Zeynalov və millət vəkili Q.Paşayeva ilə görüşüb. Görüş zamanı icra
başçısı Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayeva Koreyalı
diplomata Tovuz rayonunun coğrafi mövqeyi, təbii resursları,
iqtisadi və turizm potensialı barədə geniş məlumat veriblər.
Bundan sonra səfir Choi Suk-in millət vəkili Qənirə Paşayevanın və
Tovuz rayon İcra Hakimiyyətinin rəsmilərinin müşayiəti ilə Şəhidlər
Xiyabanına gələrək torpaqlarımizin bütövlüyü uğrunda canlarından
keçən şəhid oğulların məzarlarını ziyarət ediblər. Millət vəkili
Qənirə Paşayeva Ermənistanın Azərbaycanın qədim bölgəsi olan Laçını
işğalından 22 il keçdiyini deyərək Şəhidlər Xiyabanındakı bütün
şəhidlərin ən böyük arzusunun Azərbaycanın ərazi bütövlüyü olduğunu
vurğulayıb.
Millət vəkili səfirə aralarında sinif yoldaşları da olan qəhrəman
şəhidlərimiz haqda geniş məlumatlarla bərabər Tovuzun müharibə
illərində yaşadıqları, Ermənistanın vandalizm aktları, hətta
atəşkəs dövründə belə mülkü insanlara qarşı əl atdıqları
qeyri-insanı əməllər barədə də məlumatlar verib. Ölkəsinin
Azərbaycanın ərazi bütövlüyü dəstəklədirlədiyini deyən səfir Dağlıq
Qarabağ münaqişəsinin tezliklə həllini dilədiklərini və bu qədər
gənc insanın yatdığı Şəhidlər Xiyabanından təsirləndiyini
deyib.
Daha sonra səfir Choi Suk-in icra hakimiyyətinin başçısı Tofiq
Zeynalov və millət vəkili Q.Paşayevanın müşayiəti ilə Tovuz
rayonunun girəcəyində ucaldılmış Qala abidəsinə baş çəkib. Tovuz
rayon İcra Hakimiyyətinin başçısı T.Zeynalov və millət vəkili
Qənirə Paşayeva qala divarlarında əks olunan Azərbaycanın tarixi və
müasir xəritələri ilə bağlı koreyalı diplomata məlumat
veriblər.
Bəzi imperiyalar, ölkələr və güclər tərəfindən Azərbaycan xalqının
və torpaqlarının son 2 əsrdə başına gətirilən müsibətlər, 2 yerə
bölünmələr, işğallar, zorla alınaraq torpaqlarımizin Ermənistana
verilməsi, onlara bizim torpaqlarımız hesabına dövlət yaradılması
kimi tarixi faktları özündə əks etdirən müqayisəli 3 xəritə və
orada öz əksini tapan tarixi gerçəkliklər barədə səfirə geniş
məlumatlar verilib.
Daha sonra Koreyanın Azərbaycandakı səfiri millət vəkili Qənirə
Paşayevanın və rayon icra hakimiyyəti rəsmilərinin müşayiəti ilə
Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində, ön
cəbhə nöqtələrində də olub. Burada səfirə mürahibə dövrü ilə
bərabər atəşkəs dövründə də Ağdamın və Tovuzun digər ön cəbhə
kəndlərinin yaşadıqları barədə geniş məlumatlar verilib. Ermənistan
Silahlı Qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması və
sərhəddə yerləşən kəndlərin mülkü sakinlərinə zərər vurmaları,
insanların neçə illərdir kənd qəbirstanlığını ziyarət etməyə imkan
verməmələri, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə
vurulması, bu səbəbdən kənd camaatının yeni qəbirstanlıq salma
məcburiyyətində qalmasından, həmin qəbirstanlıqda yerləşən tarixi,
dini abidələri Ermənistan Silahlı Qüvvələrinin yandıraraq məhv
etmələri, kənd insanlarını suvarma üçün su mənbəyindən istifadə
etməyə snayperlərlə imkan verməmələri, payızda otların qurumağa
başladığı zaman kəndə yaxın ərazilərə silahlardan ataraq yanğın
törətmələri, bir sözlə insanlığa sığmayan əməllərini davam
etdirmələri barədə geniş məlumatlar verilib. Ağdam kəndi sakinləri
beynəlxalq təşkilatların laqeydliyi və 2-li standartları barədə
səmimi fikirlərini də söyləyiblər və Koreya səfirindən ölkəsinin bu
məsələdə ədaləti dəstəkləyən mövqeyini daha da gücləndirməsini
xahiş ediblər.
Ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi deyən Koreya
səfiri Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə
həllini tapmasında maraqlı olduqlarını vurğulayıb. Tovuza ilk dəfə
səfər etdiyini deyən Koreya səfiri rayonun çox xoşuna gəldiyini,
maraqlı müzakirələr keçirildiyini və Tovuzla geniş tanış ola
bildiyini deyərək ölkəsi ilə bu bölgə arasında əməkdaşlıq, ortaq
layihələrin həyata keçirilməsi, humanitar istiqamətlərdə müxtəlif
layihələrin genişlənməsinə dəstəyini əsirgəməyəcəyini də bildirib.
/Trend/
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu