Liseydəki aksiya barədə rəsmi - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Liseydəki aksiya barədə rəsmi - AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Texniki Humanitar Liseydə şagird və valideynlərin narazılığının səbəbini açıqlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Texniki Humanitar Liseydə şagird və valideynlərin narazılığının səbəbini açıqlayıb.

İdarədən Publika.az-a verilən məlumata görə, texniki humanitar liseydə təhsil alan şagirdlərin valideynlərinin narazılığı V-X siniflər arasında aparılmış monitorinqin suallarının proqramdan kənar olması ilə bağlı olub.

Bildirilib ki, bununla bağlı valideynlərlə Bakı Şəhəri üzrə Təhsil İdarəsində görüş keçirilib. Razılığa gəlinib ki, monitorinqin suallarının dərs proqramına uyğunluğu yenidən yoxlanılsın.

Qeyd edək ki, bu gün Nəsimi rayonu, 20 Yanvar küçəsi 3-də yerləşən Texniki Humanitar Liseydə yuxarı sinif şagirdləri və onların valideynləri etiraz aksiyası keçiriblər. V-X siniflər arasında aparılmış monitorinqin suallarına etiraz edən şagirdlər direktor Simuzər Əliyevanın işdən çıxarılmasını tələb ediblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm