Çayxanadan Zooparka: Bakı "Savanna"sı - REPORTAJ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Çayxanadan Zooparka: Bakı "Savanna"sı - REPORTAJ - FOTOLAR

Axırıncı dəfə Zooparka nə zaman gəldiyimi xatırlamıram. Onu bilirəm ki, bura gəlməyim uzun zaman olub. Aradan xeyli vaxt keçsə də, dördayaqlı canlıların şəraiti ilə tanış olmaq, onları yaxından müşahidə eləmək pis olmaz deyib, Bakı Zooparkına yollandım. Arzum nə dərəcə də real oldu,indi biləcəksiz.

Kassadan içəri keçəndə əvvəlcə çayxana mənzərəsi ilə tanış oldum. Qəfəsdəki heyvanları görməsəydim elə bilərdim ki, səhv gəlmişəm. Sadəcə, zooparkda bir az da çayxana abı–havası yaradıldığından bunu düşündüm. Əvvəlcə fikirləşdim ki, ailəvi gəzəndən sonra susayan, boğazını yaşlamaq istəyən bir stəkan çaydan-sudan içməlidilər, ya yox! Ancaq burada ailəvi adamların əvəzinə, domino oynayan "dayılar"ı görəndən sonra fikrimdən döndüm. İradım dayıların burda oturmasına deyil, məni qane etməyən zooparkda çayxana şəraitinin yaradılmasıdır. Nə isə...

Gəzmək, heyvanları yaxından müşahidə eləmək məqsədi ilə zooparka gəlsəm də, içəri girər-girməz naməlum qoxu mənim nəfəs almağıma imkan vermirdi. Bir az dözüb zooparkı gəzib heyvanları müşahidə edəsi oldum. Çox keçmədi ki, narahatlıqdan dolayı gəzmək fikrindən də necə deyərlər, vaz keçdim.

Zooparkda olduğumuz zaman valideynlər də burada olan pis qoxudan şikayətləndilər. Bundan əlavə, onlar burada qiymətlərin həddindən artıq baha olduğundan narazı idilər. Uşaqlar isə zooparkda heyvanlara daha yaxın olmaqdan başqa, heç nə düşünmürlər.

Bakı Zooparkının direkoru Azər Hüseynovdan məni bayaqdan nəfəs almağa qoymayan naməlum iyin yaranma səbəbini soruşdum. Azər müəllim deyir ki, heyvanaların özünün məsələn, bəbirin, şirin, ayının, canavarın spesfik iyi olur. Bu ondan da ola bilər. Bundan əlavə, iyin belə kəskin olmasına səbəb valerlərin böyük olmamasıdır.Valerlər heyvanların yaşadıqları yerə deyirlər. Hansı ki, onlar dəmir qəfəsliyə salınır. Valerlərin bir hissəsi yataq otağı, bir hissəsi də gəzmək üçün nəzərdə tutulmalıdır. Burda isə bu şərait yoxdur.

Müşahidələrimizdən bəlli olur ki, Avropa ölkələrinə baxanda bizdə zooparkın istənilən səviyyədə olması üçün bir çox çatışmazlıqlar var. Bunlardan başlıcası zooparkın ərazisinin az olmasıdır. Yerin darlığı bütün növ heyvanların olmasına şərait yaratmır. Həmçinin yerin darlığı gigenik qaydalara əməl edilməsinə də mene olur. Nəzərə alsaq ki, qarşıda kəskin istilər gözlənilir. Belə bir şəraitdə, havanın da isti olması sözsüz ki, Amur pələngi, Ağ canavar, Qırmızı canavar, ayılar üçün bir o qədər də əlverişli deyil.

Qeyd edək ki, Bakı Zooparkında iri heyvanlardan fil, zürafə, zebra, yırtıcıların çox növü, Benqal pələngi , şirlərdən ağ aslanlar, insanabənzər meymunlar yoxdur. İndi isə Bakı Zooparkında 150 növ 100 başdan çox heyvan yaşayır.

Qeyd edək ki, Bakı zooloji parkın daha bir "sakini" artıb. Zooparka bala ayı hədiyyə edilib. 1 yaşlı ayının Bakı zooloji parkına gəlməsi cəmi bir neçə aydır. Amma o artıq buradakı işçilərə öyrəşib.

Paytaxt sakinləri hər il olduğu kimi, bu il də parka əldə etdikləri müxtəlif heyvanları hədiyyə etməkdə davam edir. Təkcə bu il xallı maral, qonur ayı, porsuq kimi heyvanat parkı üçün qiymətli heyvanlar bağışlanıb.

Yeri gəlmişkən, Zooparkda olduğum zaman müştəri sıxlığı müşahidə etmədim. Biletlərin qiymətinə gəldikdə isə 2-10 yaşlılar üçün 60 qəpik, böyüklər üçün 1 manatdır.

Xatırladaq ki, Bakı Zooparkının ərazisi 4,5 hektardır, əlavə isə 2 hektar yer ayrılıb.Məsələn, Bakı Zooparkında olmayan fili saxlamaq üçün 1 hektaradək yer lazımdır, bundan başqa, isti evləri də olmalıdır. Bunun üçün Zooparka əlavə yer verilməlidir.

Qeyd edək ki,MDB ölkələrinin zooparkları ilə müqayisədə ən kiçik zoopark Bakı Zooparkıdır.

Bakı Zooparkının direktoru Azər Hüseynovla müsahibə zamanı onu da öyrəndim ki, burada adı Qırmızı Kitaba düşən heyvanlar da var - Amur pələngi, Leopart, tısbağalar, quşların bir çox növləri.

Burada nəsil artırmaq istiqamətində də işlər görülür, sultantoyuğundan, şirlərdən, ceyrandan və quşlardan balalar alınır.

Qeyd edək ki, heyvanlar baha olduğundan, rəhbərlik doğulan balaları digər zooparklarla dəyişərək yeni heyvanlar gətirir. Heyvanların qiyməti isə onların nadirliyi və kökünün kəsilməkdə olması ilə əlaqədardır. Zooparklararası ən baha heyvan insanabənzər meymunlar, fil, zebradır.

Məlumat üçün bildirim ki, gələcəkdə Bakı Zooparkı üçün 55 hektar yer ayrılmalıdır.

Gülşanə Mustafayeva

Fotolar Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm