FHN-nin yardımı Serbiyaya çatdı
Bizi izləyin

Qırmızı.az

FHN-nin yardımı Serbiyaya çatdı

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, mayın 19-da Fövqəladə Hallar Nazirliyi tərəfindən sel daşqınları baş verən Serbiya və Bosniya-Herseqovinaya humanitar yardım yola salınıb. Hə iki ölkəyə göndərilmiş humanitar yardıma 12 ədəd müxtəlif həcmli motorlu qayıqlar, 260 ədəd müxtəlif ölçülü çadırlar, 300 ədəd səhra yataq dəsti, 1500 ədəd ədyal, 40 generator, 20 ədəd su pompası, xüsusi kimyəvi bakterioloji şəraitdə istifadə olunan geyim dəstləri, qaldırıcı qurğular və digər zəruri material və avadanlıqlar daxildir.

FHN-nin əməkdaşlarının çatdırdığı humanitar yardımı Serbiya Prezidenit Tomislav Nikoliçin xanımı Dragika Nikoliç və dövlət rəsmiləri qəbul etmiş və bu ölkənin birinci xanımı keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan xalqına təşəkkürünü bildirib.

Humanitar yardımı təhvil verən Fövqəladə Hallar Nazirliyinin təmsilçisi bildirmişdir ki, humanitar yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında dost Serbiya xalqına çatdırılıb.

Bosniya-Herseqovinada humanitar yardımı bu ölkənin Prezident Aparatının rəhbəri və milli təhlükəsizlik naziri qəbul etmiş, dost yardımına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan xalqına təşəkkürünü bildiriblər.

Humanitar yardımların təqdim edilməsi mərasimində Azərbaycanın diplomatik nümayəndəliklərinin əməkdaşları da iştirak ediblər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm