Qırmızı.az
KİVDF müsabiqə şərtlərini dəyişir
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının növbəti iclası keçirilib.
AzərTac- xəbər verir ki, Müşahidə Şurasının sədri Umud Mirzəyev iştirakçıları müzakirəsi nəzərdə tutulmuş məsələlərlə tanış edib. İclasın gündəliyində duran birinci məsələ ilə bağlı məlumat verən Fondun icraçı direktoru Vüqar Səfərli Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümü ilə əlaqədar keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi üçün 10 istiqamət və hər istiqamət üzrə 3 mövzunun müəyyənləşdirilməsi təklif edib. Təklif olunan mövzular Müşahidə Şurasının üzvləri, qəzet redaksiyaları və jurnalist təşkilatları tərəfindən müəyyənləşdirilmişdir. Mövzularla bağlı təkliflər Müşahidə Şurasının üzvlərinə təqdim edilib.
Təqdim olunan mövzular müzakirə olunduqdan sonra Müşahidə Şurasının üzvləri 10 istiqamət üzrə 30 mövzunu müəyyənləşdiriblər. Müşahidə şurasının üzvləri 30 qalib jurnalistin hər biri üçün 1000 manat, 10 nəfər həvəsləndirici yerləri tutanlar üçün isə 300 manat məbləğində mükafatların verilməsi barədə qərar qəbul ediblər.
Daha sonra KİV-lərə maliyyə yardımı müsabiqəsi qaydalarına və fərdi jurnalist yazıları müsabiqəsi qaydalarına təklif olunan dəyişikliklər müzakirə edilib. Məsələyə Şura üzvləri tərəfindən baxıldıqdan sonra qaydalara müvafiq dəyişikliklərin edilməsi barədə qərar qəbul olunub.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu