Qırmızı.az
Nobel mükafatı laureatı: “Şəhəriniz məni valeh etdi”
“Bakıda ticarət və gömrük məsələlərinin müzakirəyə çıxarılması sevindirici haldır. Mən bu tədbirdə iştirak etməkdən məmnunluq duyuram”.
Teleqraf.com-un xəbrinə görə, bunu Nobel mükafatı laureatı, Nyu-York Universitetinin iqtisadi elmlər professoru Tomas S.Sargent jurnalistlərə açıqlamasında deyib.
Professor qeyd edib ki, bu tədbirdə gömrük siyasətləri ilə bağlı müzakirələr də aparıılacaq: “Bu məsələlər məni çox maraqlandırdığı üçün bu tədbirdə iştirak edirəm”.
Özünün iqtisadçı olduğunu deyən Tomas S.Sargent qeyd edib ki, iqtisadçıılar, əsasən, bu üç məsələni daim diqqət mərkəzində saxlayırlar:
“Bunlar açıq sərhədlər, azad ticarət və beynəlxalq rəqabətdir. Bunlar da ticarət və gömrük işinin daha da asanlaşdırılmasına və təkmilləşdirilməsinə kömək edən əsas amillərdir” .
Nobel mükafatçısı Bakıya ilk dəfə gəldiyini diqqətə çatdırıb: “Şəhərinizin bu qədər gözəl və ecazkar olması məni dərindən valeh etdi. Əvvəllər Bakı ilə bağlı internet vasitəsi ilə məlumat toplayır və izləyirdim. Bu gün isə şəhəri gördüyüm üçün tamam fərqli təəssürat yaşayıram”.
Qeyd edək ki, Bakıda Beynəlxalq Gömrük Universitetləri şəbəkəsinin (İNCU) və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin I Qlobal Konfransı keçirilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR