Laçının işğalı Almaniyada anıldı - FOTO
Bizi izləyin

Qırmızı.az

Laçının işğalı Almaniyada anıldı - FOTO

Almaniyada Laçının işğal günü ilə əlaqədar aksiya keçirilib

Almaniyanın Nürnberq şəhərində Laçın rayonunun işğalının 22-ci ildönümü ilə əlaqədar yürüş-aksiya keçirilib.

Almaniyadakı Azərbaycan diasporunun fəal üzvlərindən biri Akif Məmmədov tərəfindən təşkil olunmuş aksiyada onlarla soydaşımız əllərində Azərbaycan, Türkiyə və Almaniya bayraqları tutaraq Nürnberqin mərkəzi küçələri ilə hərəkət ediblər.

Aksiya iştirakçıları alman və ingilis dillərində Ermənistanı, onun təcavüzkar siyasətini pisləyən şüarlar səsləniriblər. Aksiyaçılar eyni zamanda əllərində “Ermənistan, Azərbaycan torpaqlarından rədd ol!”, “Ermənistan Qarabağdan çıx!”, “Qarabağ 22 ildir erməni qaniçənlərinin təcavüzü altındadır” kimi sözlər yazılmış plakatlar da tutublar.

Yürüş iştirakçıları şəhərin mərkəzi meydanlarının birində toplaşaraq aksiyanı davam etdirib. Aksiyada Azərbaycan diasporunun fəal üzvləri alman dilində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı məlumat verib, Avropanı Azərbaycan torpaqlarının hələ də işğal altında olmasına, bir milyon qaçqın və köçkünün həyatına biganə qalmamağa çağırıb. İki saat davam edən aksiya dinc şəraitdə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm