Gəncədə 7-ci sinif şagirdini maşın vurdu
Bizi izləyin

Qırmızı.az

Gəncədə 7-ci sinif şagirdini maşın vurdu

Gəncə şəhərində məktəblinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu informasiyanı Gəncə şəhər Baş Polis İdarəsi yayıb.

Gəncə şəhərində məktəblinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu informasiyanı Gəncə şəhər Baş Polis İdarəsi yayıb.

Hadisə şəhərin Adil Ziyadxanov küçəsində qeydə alınıb.

Şəhər sakini Nicat Məhərrəmov “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən, piyada - 29 nömrəli orta məktəbin 7-ci sinif şagirdi Səbinə İsgəndərovanı vurub.

Məktəbli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm